14.03.2019

“Access Bank”da böyük dəyişiklik gözlənilir

“Access Bank” QSC yalnız əlavə kapital hesabına deyil, o cümlədən Avropa İttifaqının, İsveçrənin, Avstriyanın, Niderlandın və Asiya İnkişaf Bankının üzvü olan bütün ölkələrin maraqlarını təmsil edən yeni səhmdarların peyda olunması ilə güclənir.

Bunu Bankın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.

Onun sözlərinə görə, 118,5 mln. manat “Access Bank”ın nizamnamə kapitalının artırılmasına yönəldildikdən sonra Bankın səhmdar kapitalı 258 mln. manata çatdırılıb: “Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapital 22 mln. manat artırılacaq. Bununla yanaşı, «şərti kapital»ın artırılması üçün də 22 mln. manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq”.

İnvestorlarla danışıq prosesində 4 illik strateji inkişaf planının hazırlandığını bildirən sədr bildirib ki, plana əsasən, “AccessBank” kredit portfelini aktiv şəkildə böyütməyi, o cümlədən gəlirlilik səviyyəsini daha da artırmağı planlaşdırır: «Sözsüz ki, bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən bu sahələrin inkişafında aktiv iştirak etmək də daxildir. Bu baxımdan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edəcək ki, bunun hesabına “AccessBank” müştərilərinin artan maliyyə ehtiyaclarını tam şəkildə qarşılaya biləcək».

Bununla yanaşı, A.Həsənov qeyd edib ki, “Access Bank”ın yeni Müşahidə Şurası yeni səhmdarların təmsilçilərindən ibarət heyətdən formalaşacaq və bu barədə yaxın zamanda ətraflı məlumat veriləcək.

Avropa Yenidənqurma və İnkişaf Bankının, Almaniyanın KfW bankının və “Access Microfinance Holding AG”nin səhmlərinin “LFS Advisory GmbH” tərəfindən alındığını bildirən sədr həmin maliyyə təşkilatlarına 15 il ərzində banka göstərdiyi dəyərli dəstəyə görə təşəkkür edib.

Mənbə report.az


Digər xəbərlər


Gələn aydan uşaqpulu veriləcəkmi? - Nazirlik rəsmi məlumat yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) aprelin 1-dən ailələrə uşaqpulu veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib Nazir...

Apple yeni AirPods-un təqdimatını edib

Qurğu üçün yenilənmiş futlyar Qi simsiz batareya ilə təchiz olunub. Ancaq Lightning kabelindən də istifadə etmək mümkündür. H1 çipi verilənləri da...

Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar! Vergi ödənişi qaydaları sadə izahda

Vergi Məcəlləsinin 220.10 maddəsinə əsasən bərbərlər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 10 manatdır Bu Məcəllənin 220.10-cu maddəs...

Bakıda keçirilən tədbirdə əcnəbi jurnalistlər nazirlərə hücum etdi - Masa sındı

Bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib  Azərbaycan Prezidenti İlham ...