15.03.2019

Avropa Parlamenti insan haqlarını kobud şəkildə pozan İran rejiminə qarşı qətnamə qəbul edib

Avropa Parlamenti qətnəmə qəbul edərək, İranda insan haqlarının kobud şəkildə pozulmasını tənqid edib və Nəsrin Sütudə, eləcə də digər siyasi və ətraf mühit aktivistlərin və jurnalistlərin dərhəl, qeyd-şərtsiz azad edilməsini tələb edib

Avropa Parlamenti martın 14-də bəyan edib ki, İran məhkəmə sistemi dindirilmə proseduru prinsiplərini ayaqları altına ataraq, “cinayətləri” yalnız azadlığı müdafiə etmək olan bu məhbusların ən təməl hüquqlarını əllərindən alır.

Avropa Parlamentindəki “Yaşıllar qrupu”nun üzvü Bodil Valero bu xüsusda bildirib: “Biz çox yaxşı bilirik ki, İran rejimi insan haqları, ifadə və etiqad azadlıqları, sərbəst toplaşma hüququ və ətraf mühitə qarşı ehtiram bəsləmir. İranda bu məsələlər ətrafında fəaliyyət göstərən jurnalistlər və digər bütün şəxslər ağır ittihamlarla uzunmüddətli həbslərə məruz qalırlar. Təkcə 2018-ci il ərzində bu ölkədə 285 nəfər edam edilib. Bundan başqa, qadınlar daha böyük təhlükələr ilə üzbəüzdürlər.”

Bu qətnamə layihəsini hazırlayan 6 nəfər onun qəbulu zamanı keçirilmiş müzakirələrdə Avropa Parlamentində şahidlik ediblər. Onlar bildiriblər ki, məcburi hicabı açan qadınların videolarını və onların polis tərəfindən təhdid ediləməsini görüblər və bütün bu halların doğruluğunu təsdiqləyirlər. Bu şahidlər həmçinin Nəsrin Sütudəyə qarşı çıxarılmış hökmü pislədiklərini və onu əsassız adlandırdıqlarını parlamentarların diqqətinə çatdırıblar.

Qətnamə layihəsini hazırlayanlar həmçinin qeyd ediblər ki, İranda azadlıq tələb edənlər, eləcə də qadın haqlarını müdafiə edənlər müxtəlif əsassız ittihamlarla həbs edilir və ağır işgəncələrə məruz qalırlar.

Qətnamənin qəbul edilməsindən öncə müxtəlif siyasi cinahlardan olan digər avropalı parlamentarların da fikirləri dinlənilib. Sonda layihəni hazırlayanlar avropalı rəsmilərdən bütün diplomatik imkanlardan istifadə edərək, İran rəsmilərinə qarşı siyasi məhbusların dərhal azad edilməsi, eləcə də insan haqları və ifadə azadlığı prinsiplərinə əməl edilməsi istiqamətində təzyiq göstərsinlər.

Xatırladaq ki, Tehran inqilab məhkəməsinin 28-ci şöbəsinin rəhbəri və hakimi Məhəmməd Moqisə martın 11-də jurnalistlərə açıqlamasında bildirib ki, xanım Sütudə “sistemə qarşı qanunsuz toplantılara qatılmaq və sövdələşmək”, eləcə də İranın “dini lideri Əli Xamneyini təhqir etmək”də günahlandırılaraq, 7 il həbsə məhkum edilib. Bu xəbərin yayılmasından sonra beynəlxalq ictimaiyyət, eləcə də əksər Avropa ölkələri bu qərarı ədalətsiz adlandıraraq, xanım Sütudənin dərhal azad edilməsini tələb ediblər. Hətta ötən gün İranın Norveçdəki səfiri məsələ ilə əlaqəli izahat vermək üçün bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Mənbə gunaz.tv


Digər xəbərlər


Gürcüstanda vəziyyət gərgin olaraq qalır - Baş nazir də parlament binasına gəlib

Gürcüstanın baş naziri Mamuka Baxtadze parlament binasına gəlib. Hökumət başçısı ilə yanaşı daxili işlər naziri Giorgi Qaxaria və Xüsusi Dövlət Mü...

Tbilisidəki Rusiya konsulluğu nümayişçilər tərəfindən əhatəyə alınıb

Tbilisidə davam edən, kütləvi etirazlar fonunda, 100 qədər etirazçının Tbilisidəki Rusiya konsulluğunu əhatəyə aldığı bildirilir. Tbilisidə səfərdə o...

Tbilisidə nümayişçilər Parlamenti ələ keçirmək istəyir - foto

Rusiyalı deputat Qavrilovun Gürcüstan parlamentinin spikerinin kürsüsündə əyləşməsi ilə başlayan etirazlar bu saatlarda da Tbilisinin mərkəzi meydanı...

Əli Nağıyev DTX rəisi təyin olundu

Bu gün prezident İlham Əliyev Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərənca...