19.03.2019

«Azərbaycan qadını» forumu keçirilib

17 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığı ilə XI qrant müsabiqəsinin qalibi Günay Məhərrəmlinin“Azərbaycan Qadını” Forumu keçirilib. “Azərbaycan Qadını” Forumunun rəsmi açlışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Forumda Millət Vəkili Sona Əliyeva, dövlət rəsmiləri, tanınmış bloqqerlər, sahibkar qadınlar və mətbuat nümayəndələri iştirak edib.
Forumu açılış sözü ilə başlayan layihə rəhbəri, gələn qonaqlara təşəkkür edib və forumda çıxış edən spikerlərin çıxışından zövq alacaqlarına ümid etdiyini bildirərək, forum haqqında qısa fikirlərini bölüşüb.

O bildirib ki, “Azərbaycan Qadını” Forumunun keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə uğur qazanmış qadınlarla gənclərin görüşünü təşkil etmək, müzakirələr aparmaq, qadınlara öz biznesini qurmaqda dəstək olub onların müxtəlif suallarına cavab tapmaqdan ibarətdir.
Forumda ümumilikdə 300 nəfərdən çox iştirakçı və 13 spiker iştirak edib.


Digər xəbərlər


Leyla Əliyeva “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatında iştirak edib (FOTO)

Mayın 23-də Nizami Kino Mərkəzində “Azanfilm” studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirilib. Tədbirdə Hey...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub - VİDEO

«Gənclik Mall» ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ...

Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin əsərləri nümayiş olunub

Mayın 22-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılıb Moskva Müa...

Əfsanəvi ingilis personajları mayın 29-dək Bakıda musiqili yürüş edəcəklər - FOTO

Mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin «Çelsi» və «Arsenal»komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının oyu...