15.03.2019

“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Novruz bayramı və qeyri-iş günlərində enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülərək mart ayının 19 –dan 27-ə qədər “Azərişıq” ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib. 

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

“Bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Texniki direktorluğa tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək, zəruri olan mal-materialların ehtiyatı yaradılacaq. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq. 199 saylı “Çağrı mərkəzi” 24 saat xidmətinizdədir” — deyə o, əlavə edib.

Mənbə report.az


Digər xəbərlər


Bakıda gecəyarısı əsən külək fəsad törətdi - Foto

Bakıda külək bir sıra fəsadlar törədib. «Report» xəbər verir ki, külək paytaxtın Nizami rayonu, İsmayıl Məmmədo...

“Arsenal” Mxitaryanı satmaq istəyir

Henrix Mxitaryan Premyer Liqada çıxış etməyə başladığı 2016-cı ildən bəri yaxşı oyun ortaya qoya bilmir. Üç il əvvəl “Borussiya Dortmund”dan “Mançest...

İtaliyada 3 terrorçu zərərsizləşdirilib

İtaliya polisi 2017-ci ildən axtarışda olan üç terrorçunu həbs edib. Yerli mətbuata istinadla xəbər verilir ki, həbs edilən terrorçular son illərd...

Azərbaycanda daha bir muzey istifadəyə verildi -"Siyasi repressiya qurbanları mu­zeyi" - FOTO

Dövlət Sər­həd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları mu­zeyi”nin açılışına həsr olunmuş tədbir keçirilib. DSX-dən verilən mə...