15.03.2019

Bakı metrosunda retro vaqonlar olacaq — Sərnişinləri əyləncəli proqram gözləyir

«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar tədbirlər planı hazırlayıb.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 19-20 mart tarixlərində retro vaqonlar yenidən xəttə buraxılacaq: «Retro vaqonlardan ibarət qatar tərkibi bayram günlərində xəttə buraxılacaq. Həmin qatar tərkibi SSRİ metropoliteninin «A» tipli vaqonu, 1956-cı ildə istehsal olunan «B» tipli və 1970-ci illərdə istehsal olunan «E-J» tipli vaqonlardan ibarət olacaq».

B.Məmmədovun sözlərinə görə, bu bayramda metroda sərnişinləri daha əyləncəli proqram gözləyir: «Bu vaxta qədər Novruz bayramı ərəfəsində metro stansiyalarında yalnız konsert proqramları olurdu. Bu il isə konsert proqramları ilə yanaşı, bayram günlərində metroda elektron musiqi də səsləndiriləcək. İlk dəfə olaraq metroda keçəl və kosa da olacaq. Bu rolları peşəkar aktyorlar ifa edəcəklər. Kosa və keçəl azyaşlılara bayram hədiyyələri paylayacaq. Bayram tədbiri martın 19-da, saat 14:00-da «İçəri Şəhər» stansiyasında başlayacaq”.

Mənbə trend.az


Digər xəbərlər


Türkiyədə İŞİD-ın planlaşdırdığı terror aktı zərərsizləşdirildi

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda bir terrorçunu zərərsizləşdirib Türkiyə mətbuatına istinadən xəbər verilir ki, terrorçunun İŞİD qruplaş...

Bu gün Daun Sindromu Günüdür

Statistik məlumatlar təsdiq edir ki, Daun sindromu ilə doğuluşa hər 700 uşaqdan birində rast gəlinir və bu, heç də valideynlərin yaşayış yeri, həyat ...

Qazaxıstanın paytaxt adı dəyişdirildi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefasından sonra prezident səlahiyyətlərini həyata keçirən spiker Qasım-Jomart Tokayev ölkənin paytaxt...

“WhatsApp” istifadəçiləri üçün istifadə qaydaları asanlaşacaq - Yenilik

Tezliklə populyar “WhatsApp” messenceri linklərə baxış üçün daxili brauzerlə təchiz ediləcək. Daxili brauzerin köməyi ilə veb səhifələri birbaşa “...