19.03.2019

Bu gün İlaxır çərşənbədir

Bu gün  Torpaq çərşənbəsidir

Bu çərşənbə xalq arasında «Yer çərşənbəsi», «İlaxır çərşənbə» və ya «Torpaq çərşənbəsi» adlanır. İnama görə, Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur. Yəni ona toxum səpilə bilər. Əfsanəyə görə, adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.

İlaxır çərşənbə ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Tonqal qalamaq, od üstündən tullanmaq, qulaq falına çıxmaq, papaq atmaq bu çərşənbənin tərkib hissələridir. Evlərdə qadınlar yemək qazanları asır, plov dəmləyir və bir çox xörəklər bişirirlər. Bunların müxtəlifliyi süfrənin daha da cəzbedici olmasına səbəb olur. Nişanlı qızlara hədiyyələr gəlir, təzə gəlinlər qırmızı geyinirlər. Axır çərşənbə günü bütün küsülülər barışmalıdır. Eyni zamanda bu gecə evlərdə nəhs söz danışmaq olmaz. Qədim xalq adətlərinə görə, Novruz çərşənbələrində evdən bərəkət sayılan nemətlər — duz, od, çörək, su vermək olmaz. Bu çərşənbəni hər kəs öz evində süfrə arxasında qeyd etməlidir. Süfrədə kiçik də olsa şirniyyatlardan, çərəz və meyvələrdən ibarət xonça, ailə üzvlərinin sayına görə şamlar olmalıdır. İlin bərəkətli olması üçün süfrədə səməninin olması mütləqdir.

Bayramınız mübarək!

Hörmətlə Gülüstan.info


Digər xəbərlər


Leyla Əliyeva “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatında iştirak edib (FOTO)

Mayın 23-də Nizami Kino Mərkəzində “Azanfilm” studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirilib. Tədbirdə Hey...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub - VİDEO

«Gənclik Mall» ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ...

Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin əsərləri nümayiş olunub

Mayın 22-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılıb Moskva Müa...

Əfsanəvi ingilis personajları mayın 29-dək Bakıda musiqili yürüş edəcəklər - FOTO

Mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin «Çelsi» və «Arsenal»komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının oyu...