12.03.2019

Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında «Külək oyadan çərşənbə», «Küləkli çərşənbə», «Yelli çərşənbə», «Külək çərşənbəsi» kimi də tanınır.

İlaxır çərşənbələrdən Yel və Torpaq çərşənbələri ilə bağlı xalq arasında ziddiyyətli məqamlar var və bəzən hansının əvvəl olması mübahisə yaradır.

Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.

Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var: «Yel əsməyincə yarpaq tərpənməz», «Yelin zarafatı qovmaqla başlanır», «Yelə verdiyin düşmənə qismət olar», «Yel apardığını qaytarmaz», «Yellə dost olan yellənə-yellənə qalar»,»Yel bağlayanı el açar», «Yeldən aman diləməzlər», «Külək kimi hərdən bir yana əsmə», «Küləkli havada dənizdə çimməzlər», «Kələknən gələn, küləknən gedər»… İnanclara görə, «Yeli əsdirəni söymək olmazdı, çünki onun arxasında Tanrı dayanır», «Yelə tüpürsən, öz üstünə qayıdacaq. Onu çirkləndirmək mümkün deyil. Əksinə, o — Yel havamızı təmizləyir, yeniləyir, dəyişir». «Çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Bu gün olunan dualar da tez qəbul olur».

Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. İnancalara görə, əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, deməli, diləyin yerinə yetəcək.

Mənbə ann.az


Digər xəbərlər


Prezident bir qrup mədəniyyət xadimlərinə fəxri ad verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev mayın 25-də mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəni...

Heydər Əliyev Mərkəzində yeni sərgisi açılacaq - “Tarixin şah əsərləri”

Mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgi açıla...

Bakıda möhtəşəm konsert keçiriləcək

Bakıda 20 illik fasilədən sonra Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblının konsertləri təşkil olunacaq. 31 may və 1 i...

Leyla Əliyeva “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatında iştirak edib (FOTO)

Mayın 23-də Nizami Kino Mərkəzində “Azanfilm” studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirilib. Tədbirdə Hey...