15.03.2019

Bu il Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyulacaq

Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli bu il qoyulacaq və müəssisənin tikintisi gələn ilin sonuna qədər yekunlaşacaq.

Bu barədə jurnalistlərə açıqlamasında «Azərmaş» ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.

“İlkin mərhələdə zavodda həm Avropa, həm də Asiya ölkələrinə məxsus ildə 500 avtobusun istehsalı nəzərdə tutulub. Müəssisə təxminən 5 hektar ərazidə fəaliyyət göstərəcək və 100 nəfəri işlə təmin edəcək. Layihənin dəyəri dəyəri 11 mln. manatdır. Bununla yanaşı, Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələri də iustehsal ediləcək. Bu layihənin dəyəri isə 7 mln. manat və 70-ə yaxın insanın işlə təmin olunmasına imkan verəcək. “Azərmaş”ın avtobus zavodunda payı 25%, ehtiyat hissələri layihəsində payı isə 50% olacaq”, — deyə o, qeyd edib.

E.Axundovun sözlərinə görə, Azərbaycanda istehsal olunacaq avtobuslar həm maye qaz, həm də dizel yanacağı ilə işləyəcək.

“Bunlar kiçik və böyük tutumlu avtobuslar olacaq. Onların ölkə daxilində istifadə olunması ilə bağlı aidiyyatı qurumlarla danışıqlar gedir. Avtobusların qiyməti yelri istehsal olduğu üçün aşağı olacaq. Onların əsasən qonşu ölkələrə ixracı nəzərdə tutulur”, — deyə o, qeyd edib. 

Mənbə report.az


Digər xəbərlər


Bu iki telefon nəhəngi 108 MP-lik kamera əldə edə bilərlər

Bu həftənin əvvəli Samsung şirkəti 108 MP-lik ISOCELL Bright HMX kamera modulunu təqdim etmişdi. İndi isə internetdə həmin kamera...

Qatlana bilən smartfonlar bazarı ələ keçirtməyə hazırlaşırlar

 IHS Markit analitik şirkəti böyük şirkətlərin qatlana bilən smartfon modelləri barəsində proqnozları əks etdirən hesabatı təqdim edib. Bax...

iPhone 11-in mümkün təqdimat tarixi bəlli olub

Sentyabr ayının yaxınlaşması ilə Apple şirkətinin yeni iPhone modelləri barəsində daha çox məlumat ortaya çıxmağa davam edir. İnd...

Evini kirayə verənlər vergi verməlidir?

Şəxsi evini notarius qaydası ilə kirayə verən fiziki şəxs gəlirindən vergi ödəməlidirmi? Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən fin...