14.03.2019

Çin dünyanın ən böyük sığorta bazarına çevrilməyinə iddialıdır

Çin 2030-cu illərin ortasında ABŞ-ı qabaqlayaraq, dünyanın ən böyük sığorta bazarına çevriləcək

Bu məlumat “Swiss Re” analitika təşkilatının hesabatında yer alıb. Bildirilir ki, 2013-cü ildən 2017-ci ilədək Çində həyat sığortasının orta artımı 17 faiz, digər sığorta sahəsində isə artım 16 faiz olub. Qarşıdakı illərdə bu rəqəmlərin nisbətən azalmaq ehtimalı olsa da, Çinin dünyanın ən böyük sığorta bazarına çevrilməsinə mane olmayacaq.

“Swiss Re” təşkilatı “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqədar infrastruktura böyük miqdarda investisiyaların yatırılmasının sığorta bazarının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcəyini güman edir. Belə ki, təşəbbüs çərçivəsində ölkə xaricindəki iri layihələr təxminən 28 milyard dollarlıq sığortaya tələbat yaradacaq.

Mənbə azertag.az


Digər xəbərlər


Gələn aydan uşaqpulu veriləcəkmi? - Nazirlik rəsmi məlumat yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) aprelin 1-dən ailələrə uşaqpulu veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib Nazir...

Apple yeni AirPods-un təqdimatını edib

Qurğu üçün yenilənmiş futlyar Qi simsiz batareya ilə təchiz olunub. Ancaq Lightning kabelindən də istifadə etmək mümkündür. H1 çipi verilənləri da...

Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar! Vergi ödənişi qaydaları sadə izahda

Vergi Məcəlləsinin 220.10 maddəsinə əsasən bərbərlər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 10 manatdır Bu Məcəllənin 220.10-cu maddəs...

Bakıda keçirilən tədbirdə əcnəbi jurnalistlər nazirlərə hücum etdi - Masa sındı

Bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib  Azərbaycan Prezidenti İlham ...