Azərbaycanın qədim abidəsində bərpa işlərinə başlanacaq
Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə may-iyun aylarında başlanılacaq
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.
Onun sözlərinə görə, qalanın bərpa-konservasiya işləri ilə bağlı sənədlər hazırdır:
«Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkənin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinə 2 milyon manat ayrıldı. Bərpa-konservasiya işləri ilə bağlı sənədlər, layihə-smeta hazırdır və ekspertizadan keçib. May ayının sonları, iyun ayının əvvəlində işlərə start veriləcək».
Dövlət Xidmətinin mətbuat katibi bildirib ki, hazırda bu işlərin görülməsi ilə bağlı tender elanı hazırlanır: «Tenderin nəticəsinə əsasən bərpa işlərinin yerli, yaxud xarici mütəxəssislər tərəfindən görüləcəyi məlum olacaq».
F.Hüseynov əlavə edib ki, Çıraqqalanın bərpası üzrə işlər bir ildən tez yekunlaşmayacaq: «Həm də nəzərə almaq lazımdır ki, abidə mürəkkəb relyefdə yerləşir».
Qeyd edək ki, martın 13-də Prezident İlham Əliyev Çıraqqala abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Mədəniyyət Nazirliyinə 2 milyon manat ayrılıb.
Mənbə trend.az
Digər xəbərlər

Birinci xanımla bağlı kitab oxuculara təqdim olunub
Dekabr ayının 7-də Atatürk Mərkəzində Azərbaycanın Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan yeni kitabın tə...

"Nargis" Fondu və Macarıstan səfirliyinin birgə təşkil etdiyi növbəti xeyriyyə konserti baş tutub
Macarıstanın Azərbaycandakı səfirliyi və «Nargis» Fondunun birgə təşkilatçılığı ilə beynəlxalq müsabiqələr laureatı Erdi Tamaş (Macarıstan)...

Yeni radio üçün müsabiqəyə daha iki şirkət sənəd verib
Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan e...

Nəsiminin Hələbdəki viran qalmış məzarı təmir edildi - Foto
Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin...