19.03.2019

Dərbənd meri Bakının şəhərsalma təcrübəsindən istifadə etmək istəyir — Video

«Azərbaycan paytaxtında çox böyük dəyişikliklər baş verib»

Bunu Dərbənd şəhərinin meri Hizri Əbəkərov bildirib.

O deyib ki, Bakının inkişaf yolunda çox böyük irəliləyişə nail olduğu göz qabağındadır: «Hər dəfə gələndə buna təəccüblənməmək olmur».

Mer köhnə «Qara şəhər» ərazisində salınmış «Bakı Ağşəhər» yaşayış kompleksi ilə tanış olduğunu söyləyib: «Burada müsbət mənada nəhəng dəyişikliklər var. Biz də sizin şəhərsalmadakı təcrübənizi öyrənib Dərbənddə də tətbiq etmək üçün buraya gəlmişik».

Qonaq Azərbaycanda doğru istiqamətli siyasət yürüdüldüyünü dilə gətirib: «Səmti doğru götürmüsünüz. Bakıda hamı Prezidentdən razılıq edir, ölkədə əvvəlki və indiki vəziyyəti müqayisə edirlər. Prezident tez-tez əhali ilə görüşür, hərtərəfli kömək edir. Xalqın qeydinə qalmaq yaxşı haldır».  

Mənbə report.az


Digər xəbərlər


İŞİD-çıların arvadları düşərgələrdən çıxarılır

ABŞ hərbçiləri İŞİD terrorçularının arvadlarını Suriyanın Haseke vilayətindəki Əl-Hol qaçqın düşərgəsindən çıxarır. Bu barədə “İhbariyyə” telekana...

Bakıda qeyri-adı küçə adları hələ də qalır

“Bakıda qəribə küçə adları var. Bəzilərində Sovet adları qalmaqdadır. Həmin küçələrin adlarının dəyişdirilməsi ilə bağlı mütləq tədbir görüləcək”. ...

Bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi müəyyən edilib. Bununla bağlı bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib. İclasa...

Çavuşoğludan "Twitter"də Azərbaycanla bağlı PAYLAŞIM

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan haqda öz «Twitter» səhifəsində paylaşım edib Türkiyənin Xarici İşlər naziri M...