15.03.2019

Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi necə həyata keçirilir?

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara sahib olduqları əmlaklar barədə heç bir yerə getmədən, internet vasitəsilə ətraflı məlumat almaq imkanı yaradır. Bu «Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi» elektron xidməti sayəsində mümkündür.

Fəaliyyətində daima yeniliklərin, innovativ üsulların tətbiqinə önəm verən Komitə bu xidməti tətbiq etməklə  əhalinin qeydiyyatla bağlı işini sadələşdirir. Həmin elektron xidmətin vasitəsilə  əmlakın sahibi, yerləşdiyi ünvan, sahəsi barədə məlumatları öyrənmək mümkündür. Başqa sözlə, əmlakın ölçüləri və texniki göstəriciləri haqqında informasiyanı əldə etmək olur.  Eyni zamanda, vətəndaşın ipoteka, girov, alqı-satqı, bağışlanma kimi əməliyyatların edilib edilməməsi ilə bağlı məlumatları bilmək imkanı da mövcuddur. 

Bu xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına (e-emdk.gov.az) və ya elektron hökumət portalına daxil olmaq lazımdır.


Əmlak Məsələləri Dövlət Komitəsi Elektron Xidmətlər Portalı

Əmlak sahibi portalda lazımi xidmətə keçid etdikdən sonra iki xana açılır. Bu xanaların hər birində daşınmaz əmlakın reyestr və qeydiyyat nömrəsi daxil edilir. Daha sonra xidmət haqqı olaraq ödəniləcək məbləğ ekranda əks olunacaq. İstifadəçi “Kartın növü” sətrində xüsusi işarə vasitəsilə  ödəniş edəcəyi elektron kartın növünü seçərək “Ödə” düyməsini seçməlidir. Qeyd edilməlidir ki, xidmətin istifadəsi üçün 10 manat xidmət haqqı nəzərdə tutulub. Rüsumu elektron qaydada ödədikdən sonra ekranda əmlakla bağlı məlumatlar görünür. Bura əmlakın reyestr nömrəsi, qeydiyyat tarixi, ünvanı, torpağın və tikilinin sahəsi, tikilinin mərtəbə və otaq sayı, hüquq sahibi barədə məlumatlar aiddir.

Bu sərfəli xidmətin sayəsində vətəndaşlar evi və ya ofisi tərk etmədən, sadəcə internet vasitəsilə onlara tələb olunan bütün məlumatları alırlar. Nəticədə bunun üçün ərazi qeydiyyat idarələrinə getmək və ərizə yazmağa ehtiyac qalmır. Əmlak sahibi rahat və çevik şəkildə daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olur. Bununla həm vətəndaş məmur münasibətləri minimuma enir həmdə insanların vaxt itkisi aradan qaldırılır.

Vətəndaşlar bu xidməti elektron qayda ilə yanaşı, Əmlak Xidmətləri Məkanına, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət etməklə yerinə yetirə bilərlər. Bu zaman onlardan xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, hüquq əldə edənin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə və ərizə tələb olunur.

Adıçəkilən xidmət təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün də faydalıdır. Belə ki, xidmət əmlakla bağlı əməliyyatlar edən zaman yarana biləcək nöqsanların aradan qaldırılmasına imkan verir.


Digər xəbərlər


Avropada islamafobiya artır - 4 məscidə hücum edilib

Terrorla mübarizə qrupları hadisəni araşdırır Böyük Britaniyanın Birminhem şəhərində 4 məscidə hücum edilib. “Haber7”ə istinadla xəbər verilir...

Türkiyədə İŞİD-ın planlaşdırdığı terror aktı zərərsizləşdirildi

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda bir terrorçunu zərərsizləşdirib Türkiyə mətbuatına istinadən xəbər verilir ki, terrorçunun İŞİD qruplaş...

Bu gün Daun Sindromu Günüdür

Statistik məlumatlar təsdiq edir ki, Daun sindromu ilə doğuluşa hər 700 uşaqdan birində rast gəlinir və bu, heç də valideynlərin yaşayış yeri, həyat ...

Qazaxıstanın paytaxt adı dəyişdirildi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefasından sonra prezident səlahiyyətlərini həyata keçirən spiker Qasım-Jomart Tokayev ölkənin paytaxt...