31.03.2019

Diqlasda malları yanan vətəndaşlara köməyin hansı şərtlərlə olacağı bəlli oldu

Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ümumi sahəsi 12000 m2 olan 350-yə yaxın ticarət obyekti 5 ay icarə haqqı ödənilməmək şərti ilə istifadə etmələri üçün sahibkarlara təklif edilib

Bakının Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamın icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən sahibkarların fərdi qəbulu davam edir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 29-dan etibarən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (ünvan: Atatürk prospekti 134, telefon: 012-404-04-01) keçirilən qəbulda sahibkarların problemləri, onlara dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilir, baş vermiş hadisə ilə əlaqədar fəaliyyətlərinin bərpa edilməsində yaranmış çətinliklər və bu istiqamətdə görülməsi zəruri olan işlər müzakirə olunur.

Martın 30-da İşçi Qrupu tərəfindən 268 sahibkar fərdi qaydada qəbul edilib. Qəbul zamanı aparılmış müzakirələrin nəticəsi olaraq 245 sahibkar 6066 m2 sahədə ticarət obyektinə ehtiyaclarının olduğunu bildirib və bu istiqamətdə işlərə başlanılıb.

İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılığa əsasən ilkin olaraq Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ümumi sahəsi 12000 m2 olan 350-yə yaxın ticarət obyekti 5 ay icarə haqqı ödənilməmək şərti ilə istifadə etmələri üçün sahibkarlara təklif edilib.

Qəbul zamanı İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi imkanları da sahibkarların diqqətinə çatdırılıb və 220 sahibkar 8,5 milyon manat güzəştli kreditdən istifadə etmək istədiklərini bildirilib. Bununla bağlı Sahibkarlığın İnkişafı Fondu tərəfindən həmin sahibkarlarla ilkin işlərə başlanılıbvə zəruri məlumatlandırma aparılıb.

Ümumilikdə 29-30 mart tarixlərində İşçi Qrupu tərəfindən keçirilmiş qəbulda 410 sahibkar fərdi qaydada qəbul edilib. Onlardan 346 sahibkar tərəfindən 14,8 milyon manat güzəştli kreditə, 380 sahibkar tərəfindən isə 11,9 min m2 ticarət obyektinə ehtiyac olduğu bildirilib.

Sahibkarların fərdi qəbulu bu gün də davam etdiriləcək və zərurət yaranarsa qəbul müddəti uzadılacaq.

Mənbə sputnik.az


Digər xəbərlər


Türkiyənin məşhur iş adamı Azərbaycanda böyük işlər görməyə qərar verib

“Biz qardaşıq, soyumuz birdir, eyni dildə danışırıq, eyni mətbəxə və mədəniyyətə sahibik” bunu Türkiyədə fəaliyyət göstərən “Nacsoft Yazılım” şirkəti...

Azərbaycanda YENİLİK - Hər bir işsizin "şəxsi kabinet"i olacaq

Bu ilin sonundan başlayaraq işsiz vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı vakansiya bazasından özləri üçün münasib işi s...

Apple-dan 3 arxa kameralı iPad Pro planşet modeli - FOTO

İnternetdə iPhone 11 Pro-dakı kimi 3 arxa kamera moduluna sahib yeni iPad Pro modelinin fotosu ortaya çıxıb. Sonny Dickson adlı insayder sözügedən p...

Azərbaycanda yeni üsulla kişmiş istehsal olunacaq

Kənd Təsərrüfatı naziri İnam Kərimov “Samux rayonunda meyvə qurusu istehsalı” müəssisəsinə baş çəkib. Bildirilib ki, bu layihənin yekun məhsulu ol...