16.03.2019

Gözlənilən qərar: Banklar faizləri aşağı salacaq

Mərkəzi Bankın qərarı ölkədə aparılan islahatlar fonunda atılan bir addımdır

Bu sözləri Mərkəzi Bankın uçot dərəcəsinin endirilməsi ilə bağlı qərarını şərh edən professor Fikrət Yusifov deyib. İqtisadçı ilk növbədə qərarın bank faizlərinə təsirindən söz açıb:

“Mərkəzi Bankın qərarı ölkədə aparılan islahatlar fonunda atılan bir addımdır. Dövlət dəstəyi nəticəsində aparılan bu islahatlar nəticə etibarilə bankların real sektora üz tutmasına gətirib çıxarmalıdır. Çünki bu gün iqtisadiyyatın banklardan bəhrələnməyə böyük ehtiyacı var. Təəssüf ki, banklar iqtisadiyyata və real sektora kreditlər verməklə bağlı müəyyən tərəddüdlər içərisindədirlər. Təbii ki, bu tərəddüdü yaradan səbəblərdən biri də kredit faizlərinin yüksək olmasıdır. Kreditlərin ucuzlaşmasını şərtləndirən əsas amillərdən biri də Mərkəzi Bankın uçot dərəcəsidir. MB-nin uçot dərəcəsini aşağı endirməsi isə o deməkdir ki, bank kreditlərinin faizində dəyişiklik olacaq. Belə ki, banklar öz müştərilərinə daha aşağı faizlərlə kreditlər verə biləcəklər”.

F.Yusifov Mərkəzi Bankın qərarının manata təsirindən də danışıb:

“Uçot dərəcəsinin endirilməsi indiki dövrdə manatın məzənnəsinin sabit qalması baxımından doğru bir addımdır”.

Qeyd edək ki, bu gün Mərkəzi Bank uçot dərəcəsinin 9.25 faizdən 9 faizə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% səviyyəsində müəyyən edilib. Faizlərə növbəti dəfə aprelin 26-da baxılacaq. Bundan öncə AMB fevralın 1-də uçot dərəcəsinin 9.75 faizdən 9.25 faizə endirilməsi barədə qərar vermişdi.

Mənbə axar.az


Digər xəbərlər


Diqqət! Kredit və zaminlərlə bağlı yeni AÇIQLAMA

«Bank kredit xəttinin restrukturizasiya olunması barədə qərar verərsə və yeni müqavilə bağlanarsa o zaman əvvəlki kreditdə zamin duranların zami...

Azərbaycanda “Pensiya Amnistiyası” verilə bilər

Bu ildən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-c...

Dünya nəhəngləri “Huawei”lə əməkdaşlığı rəsmi şəkildə dayandırdı

ABŞ-ın Ticarət Nazirliyinin mayın 17-də “Huawei” şirkətini qara siyahıya salmasından sonra bir sıra nüfuzlu kompaniyalar Çin şirkəti ilə əməkdaşlığa ...

"Ferrari" minlərlə avtomobilini geri çağırır

«Ferrari» avtomobil markası Çin bazarında 2071 avtomobilini geri çağırır. «Sinxua» agentliyinə istinadən verdilən məlumata gör...