18.03.2019

Gürcüstanda Novruz bayramı ilə bağlı təbrikə azərbaycanlılar etiraz edib

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun mərkəzində reklam lövhələrinin birində Novruz bayramı ilə əlaqədar yerləşdirilmiş təbrik yerli sakinlərin narazılığına səbəb olub

Narazılığa səbəb löhvənin bir üzündə Azərbaycan dilində olan “Novruz Bayramınız Mübarək” sözlərində “ı” hərflərinin “i” kimi (Bayraminiz) səhv yazılması olub.

Bayramla bağlı təbriki reklam löhvəsinə Marneuli Rayon İcra Hakimiyyəti yerləşdirib. Təbrikdəki səhvin əks olunduğu fotoşəkil Marneulinin “Facebook” sosial şəbəkəsi istifadəçiləri arasında fəal müzakirə mövzusu olub. Onların bildirdiyinə görə, rayon rəhbərliyi hər il Novruz bayramı ərəfəsində reklam löhvələrinin birində təbrik yerləşdirir və hər dəfə də Azərbaycan dilində yazılan sözlərdə mütləq hər hansı bir səhvə yol verilir.

Marneuli ictimaiyyətinin narazılıq və tənqidindən sonra reklam löhvəsindəki “i” hərflərinin nöqtələri yaşıl rənglə boyanıb və səhv aradan qaldırılıb. 

Mənbə report.az


Digər xəbərlər


Leyla Əliyeva “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatında iştirak edib (FOTO)

Mayın 23-də Nizami Kino Mərkəzində “Azanfilm” studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirilib. Tədbirdə Hey...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub - VİDEO

«Gənclik Mall» ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ...

Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin əsərləri nümayiş olunub

Mayın 22-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılıb Moskva Müa...

Əfsanəvi ingilis personajları mayın 29-dək Bakıda musiqili yürüş edəcəklər - FOTO

Mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin «Çelsi» və «Arsenal»komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının oyu...