25.03.2019

«İblis» əsəri Türkiyə tamaşaçıları üçün səhnələşdirilir

Azərbaycanlı dramaturq Hüseyn Cavidin Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin teatrında səhnələşdirilən «İblis» tamaşasının məşqləri yekunlaşmaq üzrədir.

Bunu açıqlamasında tamaşanın quruluşçu rejissoru, aktrisa Məlahət Abbasova deyib. 

O bildirib ki, bu il aprelin 17-də tamaşanın primerası keçiriləcək. M.Abbasovanın sözlərinə görə, tamaşada Türkiyənin tanınmış aktyorları — Rıdvan Çələbi, Arifi Gənc, Əmrə Narcı, Nurseli Tırışkan, Şənay Bağ yer alacaqlar. Tamaşanın musiqi tərtibatçısı isə xalq artisti Aygün Səmədzadədir.

Məlahət Abbasova tamaşada İstanbul Şəhər teatrlarında ilk dəfə texnologiyanın yeniliklərindən də istifadə olunacağını deyib: «Müxtəlif mepinklər və səhnə işıqlandırması ilə tamaşanın bir qədər fərqli formatda təqdimatı planlaşdırılır. Əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi isə «Kaspi» qəzetinin təsisçisi Sona Vəliyevadır». 

Hüseyin Cavidin şah əsəri hesab olunan «İblis»in, onun ömrünün çox hissəsini keçirdiyi İstanbulda səhnəyə qoyulmasını yaradıcılığının ən böyük uğuru olduğunu deyən M.Abbasova teatrsevərlərin tamaşanı səbirsizliklə gözlədiklərini bildirib.

Qeyd edək ki, «İblis» tamaşasının yaradıcı heyəti İstanbuldan sonra Bakıda sənətəsevərlərin görüşünə gələcək.

Mənbə report.az


Digər xəbərlər


Leyla Əliyeva “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatında iştirak edib (FOTO)

Mayın 23-də Nizami Kino Mərkəzində “Azanfilm” studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirilib. Tədbirdə Hey...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub - VİDEO

«Gənclik Mall» ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ...

Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin əsərləri nümayiş olunub

Mayın 22-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılıb Moskva Müa...

Əfsanəvi ingilis personajları mayın 29-dək Bakıda musiqili yürüş edəcəklər - FOTO

Mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin «Çelsi» və «Arsenal»komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının oyu...