18.03.2019

İlaxır çərşənbədə yağış yağacaq

Ölkə ərazisində martın 19-na — ilaxır çərşənbəyə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək — 765 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında martın 19-u günün ikinci yarısınadək güclü xəzri küləyinin davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Mənbə AZƏRTAC


Digər xəbərlər


İŞİD-çıların arvadları düşərgələrdən çıxarılır

ABŞ hərbçiləri İŞİD terrorçularının arvadlarını Suriyanın Haseke vilayətindəki Əl-Hol qaçqın düşərgəsindən çıxarır. Bu barədə “İhbariyyə” telekana...

Bakıda qeyri-adı küçə adları hələ də qalır

“Bakıda qəribə küçə adları var. Bəzilərində Sovet adları qalmaqdadır. Həmin küçələrin adlarının dəyişdirilməsi ilə bağlı mütləq tədbir görüləcək”. ...

Bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi müəyyən edilib. Bununla bağlı bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib. İclasa...

Çavuşoğludan "Twitter"də Azərbaycanla bağlı PAYLAŞIM

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan haqda öz «Twitter» səhifəsində paylaşım edib Türkiyənin Xarici İşlər naziri M...