29.03.2019

iPhone yeni modeli ilə bağlı məlumatlar təqdimatına yarımil qalmış mediaya sızdı

Yeni iPhone seriyasının təqdimatına hələ yarım il vaxt var

Lakin artıq indidən yeni iPhone modelləri barəsində məlumatlar yavaş-yavaş internetdə ortaya çıxmağa başlayıb. iPhone XI modelinin ilk render fotolarından sonra internetdə yeni iPhone modelinin həqiqi çertyoj fotoları ortaya çıxıb. Bu barədə Phonearena saytı xəbər verib. Ehtimal ki, smartfon gövdəsinin təqdim olunmuş sxematik fotoları zavoddakı istehsalat xəttinin əməkdaşları üçün nəzərdə tutulub. Belə ki, fotolardan da görmək olar ki, onlar iş çertyojları üçün nəzərdə tutulmuş xüsusi qeydə sahibdirlər.

Fotolardakı cihazın dizayn konturları artıq satışda olan iPhone XS modelinin dizayn konturlarını xatırladır. Lakin təqdim olunmuş fotolarda əks olunmuş cihazın kamera hissəsi hal hazırda satışda olan son iPhone modellərinin kamera hissələrindən fərqlənir. Sxem fotolardan belə qənaətə gəlmək olar ki, təqdim olunacaq yeni iPhone modellərindən biri üç arxa kameraya sahib olacaq və kamera modulları asimmetrik şəkildə yerləşəcəklər.

Qeyd etmək lazımdır ki, OnLeaks ləqəbi ilə tanınan məşhur insayder də bildirmişdi ki, bu il təqdim olunacaq iPhone modeli üç arxa kameraya sahib olacaq. Sxem fotolarda hansı iPhone modelinin əks olunması barəsində mütəxəssislər fərqli fikirlərə sahibdirlər. Bu, iPhone XR-in davamçısı və ya iPhone XI flaqman modeli ola bilər. Qeyd etmək lazımdır ki, bu il təqdim olunacaq yeni iPhone modellərinin texniki özəllikləri barəsində məlumatlar hələki yoxdur.

Mənbə technote.az


Digər xəbərlər


Türkiyənin məşhur iş adamı Azərbaycanda böyük işlər görməyə qərar verib

“Biz qardaşıq, soyumuz birdir, eyni dildə danışırıq, eyni mətbəxə və mədəniyyətə sahibik” bunu Türkiyədə fəaliyyət göstərən “Nacsoft Yazılım” şirkəti...

Azərbaycanda YENİLİK - Hər bir işsizin "şəxsi kabinet"i olacaq

Bu ilin sonundan başlayaraq işsiz vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı vakansiya bazasından özləri üçün münasib işi s...

Apple-dan 3 arxa kameralı iPad Pro planşet modeli - FOTO

İnternetdə iPhone 11 Pro-dakı kimi 3 arxa kamera moduluna sahib yeni iPad Pro modelinin fotosu ortaya çıxıb. Sonny Dickson adlı insayder sözügedən p...

Azərbaycanda yeni üsulla kişmiş istehsal olunacaq

Kənd Təsərrüfatı naziri İnam Kərimov “Samux rayonunda meyvə qurusu istehsalı” müəssisəsinə baş çəkib. Bildirilib ki, bu layihənin yekun məhsulu ol...