19.03.2019

İranın beynəlxalq narkotik ticarətində rolu

Narkotik maddələrin qanunsuz dövriyyəsi, bütün digər qeyri-qanuni fəaliyyət növləri ilə müqayisədə ən çox pul gətirən sahələrdən biridir.

İran xüsusi xidmət orqanları, (təbii ki, ölkə rəhbərliyinin xeyir duası ilə) beynəlxalq narkotik maddə ticarətində aktiv iştirak edir.

Onların bu ticarətdə əsas şəriki Xizbullah terror təşkilatı və Latın Amerikasından olan narkomafiyadır. İranda bu işin təşkili və nəzarəti SEPAH tərəfindən həyata keçirilir.

2012–ci ildə ABŞ Maliyə Nazirliyi, SEPAH generalı Qulamrza Bağbaninin Əfqanıstandan İrana heroin gətirlməsində və ixracının təşkilində məsul olduğunu bəyan edib ona qarşı sanksiya tətbiq etmişdir. Amerika rəsmilərinin qənaətinə əsasən, bu ticarətdən əldə olunan pulun bir hissəsi terrorizmi dəstəkləmək üçün xərclənir.

Qeyd etmək lazımdır ki, İranın iştirak etdiyi narkotik maddə ticarəti bir neçə əsas istiqamətdən ibarətdir.

1. Əfqanıstandan, Talibandan, fərdi narkotik tacirlərindən, həmçinin, İran sərhəd mühafizəsinin və polisin aşkar edib müsadirə etdiyi narkotik maddələri, Türkiyə və İraq sərhəddi, Ərəb körfəzindəki qeyri-rəsmi limanlar, habelə, Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edərək, Avropa və Amerikaya ixracı.

2. Latın Amerikasında burada yaşayan Livan diasporasının ezam olunmuş Xizbullah nümayəndələrinin və yerli narkomafiyadan olan şəriklərin köməyi ilə Şimali Amerikaya və Avropaya narkotik maddələrin satışı.

Narkotik maddə satışının Amerika istiqamətinə də Hizbullah ilə yanaşı SEPAH-çılar da nəzarət edir.

Cənubi Amerikada Hizbullah SEPAH-la birlikdə Kokain narkotik maddəsinin Avropa və Şimali Amerikaya ixracını təşkil edib. Bundan əlavə, bu cütlük bölgəyə Əfqanıstandan heroin gətirərək yerli mafiyaya satır. Bu narkotik maddə ticarətində, həmçinin, Livan, Suriya və İrana məxsus yük və sərnişin daşıyan təyyarlər də istifadə olunur.

Amerikadakı məşhur POLİTİCO dərgisinin araşdırması göstərir ki, İran və Hizbullah, narkotik maddə alverindən əldə edilən pulların yuyulması və Livana və İrana gətirilməsi üçün də xüsusi mexanizm hazırlayıb. Bu mexanizmin əsas hissəsini ABŞ dan ikinci əl avtomobillərin Afrika ölkələrində satışı və əldə olunan pulun Livan bankları vasitəsilə ilə Hizbullaha və Tehrana çatdırılmasını təşkil edir.

Narkotik ticarətindən əldə olunan pulun bir hissəsi terror təşkilatlarına və diqər qeyri-qanuni silahlı qruplaşmalara xərclənsə də, əhəmiyyətli hissəsi SEPAH başçılarının cibinə axır…

Rza Zəncani


Digər xəbərlər


Azərbaycanda yeni metro stansiyası açılır - Vaxt bəlli oldu

“Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açıl...

Kürdəmir bələdiyyə sədrinin oğullarından vəhşilik - Həmkəndlilərini bıçaqladılar

Video əlavə olunub ***04:17 Kürdəmir rayonunda bıçaqlanma hadisə baş verib. Hadisə Ərəbqubalı kəndində qeydə alınıb. Belə ki, həmkənd...

Türkiyəyə aid donanma İsrail gəmisini qovdu

İsrail və Cənubi Kiprdən olan mütəxəssisləri daşıyan İsrailin “Bat Qalim” adlı araşdırma gəmisi Türkiyə Hərbi Dəniz Donanmasına aid bir gəmi tərəfind...

3-cü mkr bazarı yanır - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə yanğın baş verib. «Qafqazinfo» FHN-ə istinadən xəbər verir...