15.03.2019

Mərkəzi Bank: Bahalaşma 2 faizdən aşağı olub

Bu ilin ilk iki ayı ərzində ərzaq qiymətlərinin bahalaşması 2 faizdən aşağı olub.

Mərkəzi Bankdan məlumata görə, bu ilin yanvar-fevral aylarında (ötən ilin dekabrına nəzərən) inflyasiya 0.8% təşkil edib. O cümlədən, qiymətlərin ümumi səviyyəsi ərzaq məhsulları üzrə 2.1% və qeyri-ərzaq məhsulları üzrə 0.2% artıb, xidmətlər üzrə isə 0.6% aşağı düşüb. Ərzaq qiymətləri başlıca olaraq mövsümi amillərdən təsirlənib. Yanvar-fevral aylarında istehlak səbətinə daxil olan məhsulların 15%-nin qiyməti dəyişməyib, 16%-nin qiyməti aşağı düşüb. Bahalaşan məhsulların 85%-nin qiymət artımı 2%-dən aşağı olub.

2019-cu ilin fevral ayında 12 aylıq inflyasiya 2.1% olub ki, bu da hədəf diapozonunun aşağı həddinə yaxındır. Orta illik inflyasiya isə yanvar-fevral aylarında 1.9% təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə (4.7%) müqayisədə 2.8 faiz bəndi azdır.

Mənbə Qafqazinfo


Digər xəbərlər


Gələn aydan uşaqpulu veriləcəkmi? - Nazirlik rəsmi məlumat yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) aprelin 1-dən ailələrə uşaqpulu veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib Nazir...

Apple yeni AirPods-un təqdimatını edib

Qurğu üçün yenilənmiş futlyar Qi simsiz batareya ilə təchiz olunub. Ancaq Lightning kabelindən də istifadə etmək mümkündür. H1 çipi verilənləri da...

Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar! Vergi ödənişi qaydaları sadə izahda

Vergi Məcəlləsinin 220.10 maddəsinə əsasən bərbərlər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 10 manatdır Bu Məcəllənin 220.10-cu maddəs...

Bakıda keçirilən tədbirdə əcnəbi jurnalistlər nazirlərə hücum etdi - Masa sındı

Bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib  Azərbaycan Prezidenti İlham ...