20.03.2019

Novruz bayramı UNESCO-nun mənzil-qərargahında

Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Pakistan və Hindistanın bu qurumun yanındakı daimi nümayəndəliklərinin təşəbbüsü ilə Novruz bayramı təntənə şəkildə qeyd olunub

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və Xalq artisti Alim Qasımov da tədbirdə iştirak ediblər.

İranın UNESCO yanındakı daimi nümayəndəsi Ə.Calali çıxış edərək Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıb. O, UNESCO-nun mənzil-qərargahında konsert vermək üçün dəvət olunan Azərbaycanın Xalq artisti Alim Qasımovu təqdim edib, görkəmli xanəndənin fəaliyyəti barədə məlumat verib.

A.Qasımov tədbirin iştirakçılarını muğamla salamlayıb, Novruz bayramı münasibətilə onları təbrik edib.

UNESCO baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Ramirez tədbirdə çıxış edərək Novruz bayramının 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salındığını, BMT Baş Məclisinin qərarı ilə hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Tədbirdə Novruz bayramının xalqların zəngin milli-mənəvi dəyərlərini, tarixi adət-ənənələrini qoruyub saxladığı vurğulanıb. Novruz bayramının sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyi, nəsildən-nəslə ötürülən milli mənsubiyyət nümunəsi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, ruzi-bərəkət bayramı kimi qeyd edilən Novruzun yazın gəlişindən, təbiətin oyanışından xəbər verir.

Bayram tədbirində təşkilatçı ölkələrin milli musiqiləri və rəqsləri ifa edilib.

Sonda təşkil olunan ziyafətdə Azərbaycan milli mətbəxinin ləziz nümunələri də təqdim olunub.

Mənbə azertag.az


Digər xəbərlər


Otellərdə hansı pulsuz xidmətlər var?

Əlavə ödənişli xidmətlərlə yanaşı, bir çox otellərdə müsafirlərin bilmədiyi pulsuz xidmətlər də mövcuddur. YandexDzen saytına istinadla mehmanxana...

Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib

Avqustun 17-də dünya şöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü günündə Mədəniyyət Na...

Opera və Balet teatrında “Jizel” nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında A.Adanın “Jizel” baleti nümayiş olunacaq. Sentyabrın 28-də təqdim olunacaq səhnə əsərində Jize...

Dövlət Turizm Agentliyində dəyişiklik

Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Tarix-Diyarşünaslıq Muzeyi və Şəki Xalq Tətbiqi Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyası Dövlət Turizm Age...