13.03.2019

“Rossiya 24” kanalında Azərbaycanın qara qızılı ilə bağlı reportaj yayımlanıb

Rusiyanın “Rossiya 24” telekanalında Azərbaycanın neft sənayesinə dair xüsusi reportaj yayımlanıb

“Bakı barreli” adlı reportajda ölkəmizdə sənaye üsulu ilə ilk neftin hasil edilməsi və ikinci Dünya müharibəsində qələbədə Azərbaycan neftinin rolundan bəhs olunur. Süjetdə Prezident İlham Əliyevin Davosda OPEC+ razılaşması ilə bağlı fikirlərinə yer verilib.

Reportajda Heydər Əliyev adına neft emalı zavodunun modenləşdirilməsi və yenidənqurulması, martın 17-18-də Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasları, “SOCAR Trading” şirkətinin fəaliyyəti, eləcə də Rusiyanın enerji şirkətləri ilə əməkdaşlıq əlaqələrdən danışılır.

Energetika naziri Pərviz Şabhazov OPEC+ razılaşması üzrə Azərbaycanın öhdəliyi və buna əməl etməsi, Rusiya şirkətləri ilə əməkdaşlıqdan, SOCAR-ın marketinq və sərmayələr üzrə vitse-prezidenti Elşad Nəsirov isə şirkətin qlobal layihələrindən bəhs edib. 

Mənbə musavat.az


Digər xəbərlər


Avropada islamafobiya artır - 4 məscidə hücum edilib

Terrorla mübarizə qrupları hadisəni araşdırır Böyük Britaniyanın Birminhem şəhərində 4 məscidə hücum edilib. “Haber7”ə istinadla xəbər verilir...

Türkiyədə İŞİD-ın planlaşdırdığı terror aktı zərərsizləşdirildi

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda bir terrorçunu zərərsizləşdirib Türkiyə mətbuatına istinadən xəbər verilir ki, terrorçunun İŞİD qruplaş...

Bu gün Daun Sindromu Günüdür

Statistik məlumatlar təsdiq edir ki, Daun sindromu ilə doğuluşa hər 700 uşaqdan birində rast gəlinir və bu, heç də valideynlərin yaşayış yeri, həyat ...

Qazaxıstanın paytaxt adı dəyişdirildi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefasından sonra prezident səlahiyyətlərini həyata keçirən spiker Qasım-Jomart Tokayev ölkənin paytaxt...