08.03.2019

Bakının 14 ünvanında kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat veririk ki, bayram ilə əlaqədar mart ayının şənbə və bazar günləri paytaxtımızda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.

Novruz bayramı ilə əlaqədar paytaxtda kənd təsərrüfatı yarmarkaları təşkil olunur. Şənbə və bazar günləri Bakının 14 ünvanında fəaliyyət göstərəcək yarmarkalarda fermerlər və qida  istehsalçıları öz məhsullarını satışa çıxaracaqlar. Satış yarmarkaları üçün ayrılan yerlər müasir standartlara uyğun və qapalı formada təşkil edilib, istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılıb, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi təmin olunub. Bakı şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkalarda müxtəlif rayonlardan gətirilən çoxlu çeşiddə məhsullar əhaliyə ucuz qiymətə əhaliyə təklif olunur.

Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları aşağıdakı ünvanlarda keçiriləcək.

Binəqədi rayonu

7-ci mikrorayon, Kunanbayev küçəsi

Xətai rayonu

Məzahir Rüstəmov küçəsinin Sarayevo və Çirvani küçələri ilə kəsişməsi

Qaradağ rayonu

Lökbatan qəsəbəsi, 28 may küçəsi, Olimpiya İdman bazasının qarşısı

Nəsimi rayonu

3-cü mikrorayon, Seyid Cəfər Pişəvəri küçəsi, 2a

Nərimanov rayonu

Fətəli xan Xoyski küçəsi, Qələbə meydanı

Pirallahı rayonu

Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 14 nömrəli evin qarşısındakı qeyri-yaşayış obyekti

Sabunçu rayonu

Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsi, 72

Suraxanı rayonu

Qaraçuxur qəsəbəsi, Yeni Günəşli «V» yaşayış sahəsi, «Günəş» ticarət mərkəzi

Xəzər rayonu

Mərdəkan qəsəbəsi, S. Yesenin küçəsi, döngə 2

Yasamal rayonu

Hüseyn Cavid prospekti, AMEA-nın qarşısındakı park

Nizami rayonu

  1. Cəmşid Naxçıvanski küçəsi, 74, 8-ci kilometr yarmarkası
  2. Qara Qarayev prospekti, 55/57 ünvanın qarşısı, «Orbita» ticarət mərkəzinin avtomobil dayanacağı

Səbail rayonu

  1. Seyran Məmmədov küçəsi, 6
  2. Nizami küçəsi, 154, «Landmark» mehmanxanasının yanı

Yarmarkalar 9 və 10 mart tarixlərində saat 08.00-20.00 aralığında açıq olacaq. AMEA-nın qarşısındakı parkdakı yarmarka martın 21-dək, digər yarmarkalar isə martın 16-dan 21-dək fasiləsiz fəaliyyət göstərəcək.


Digər xəbərlər


Azərbaycan neftinin yeni qiyməti

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb. Gülüstan.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,04 ABŞ dolla...

Viktoriya Sekret" markası satılır

Dünyaca məşhur qadın alt paltarı markası «Viktoriya Sekret»in hissələrinin böyük faizi satışa çıxarılıb. Gülüstan.info- xəbər verir ki, ...

Manatın sabaha məzənnəsi

Fevralın 20-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 20.02.2020-ci il tarixindən etibarən rəsmi məz...

Bəzi içkilərin aksiz dərəcəsi artırıldı, çaxırınkı isə azaldıldı- SİYAHI

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” ...