15.03.2019

“Sağlam qida” şüarı ilə tədbirlərə start verilib

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, agentlik “Sağlam qida” tədbirinə başlayıb və həmin tədbir çərçivəsində respublikanın bütün regionlarında istixana və açıq sahələrdə becərilən və anbarlarda saxlanılan məhsullara fitosanitar müşahidələr tətbiq edilir.

Payızlıq əkinlərə qulluq, bağlarda mövsümi tədbirlərin aparılması və yazlıq tarla işlərinə hazırlıq dövründə bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması mühüm əhəmiyyət kəsb etməklə yanaşı həm də məsuliyyət tələb edir. Hazırda təsərrüfat sahibləri bol məhsul yetişdirmək üçün torpağın qidalandırılması, bitkilərin inkişafı və zərərli orqanizmlərdən qorunması üçün aqrokimyəvi maddələr və bitki mühafizə vasitələrindən istifadə edirlər. Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfat sahibləri arasında maarifləndirmə tədbirləri genişləndirilib.

Fermerlərə düzgün qulluq və mübarizə tədbirlərinə dair tövsiyələr verilir. Təsərrüfat sahiblərinin nəzərinə çatdırılır ki, müvafiq tədbirlər görülərkən torpaq, hava, su çirkləndirilməməli, eləcə də insanların və heyvanların sağlamlığına zərər vurulmamalıdır.

“Sağlam qida” şüarı ilə təsərrüfat sahiblərinə dəstək məqsədilə torpaqlardan və məhsullardan nümunələr götürülərək ödənişsiz olaraq laborator müayinələrə cəlb edilir.

Mənbə AZƏRTAC


Digər xəbərlər


Bakıda gecəyarısı əsən külək fəsad törətdi - Foto

Bakıda külək bir sıra fəsadlar törədib. «Report» xəbər verir ki, külək paytaxtın Nizami rayonu, İsmayıl Məmmədo...

“Arsenal” Mxitaryanı satmaq istəyir

Henrix Mxitaryan Premyer Liqada çıxış etməyə başladığı 2016-cı ildən bəri yaxşı oyun ortaya qoya bilmir. Üç il əvvəl “Borussiya Dortmund”dan “Mançest...

İtaliyada 3 terrorçu zərərsizləşdirilib

İtaliya polisi 2017-ci ildən axtarışda olan üç terrorçunu həbs edib. Yerli mətbuata istinadla xəbər verilir ki, həbs edilən terrorçular son illərd...

Azərbaycanda daha bir muzey istifadəyə verildi -"Siyasi repressiya qurbanları mu­zeyi" - FOTO

Dövlət Sər­həd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları mu­zeyi”nin açılışına həsr olunmuş tədbir keçirilib. DSX-dən verilən mə...