13.03.2019

Sosial müavinətlərin artımla veriləcəyi vaxt bəlli oldu

Aprelin 1-dən müharibə əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanların sosial müavinət və təqaüdləri artacaq

Bu artımlar Prezident İlham Əliyevin «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli sərəncamı əsasında həyata keçirilir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncama uyğun olaraq, sosial müavinətin məbləği I qrup əlilliyə görə müharibə əlilləri üçün 101 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 94 manatdan — 150 manata, Prezidentin aylıq təqaüdünün məbləği isə həmin vətəndaşlar üçün 182 manatdan 250 manata çatdırılır.
Eyni zamanda, onlara qulluq edənlər üçün 50 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunur.

Beləliklə, sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən vəsait I qrup müharibə əlilləri üçün 60 faiz artırılmaqla 283 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar I qrup əlilliyi olanlar üçün isə 276 manatdan 450 manata çatdırılır.

Həmin kateqoriyalardan olan II qrup əlilliyi olanların sosial müavinəti 81 manatdan 130 manata, Prezidentin aylıq təqaüdü 158 manatdan 230 manata, nəticə etibarilə onlara sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən ümumi vəsait 239 manatdan 360 manata çatdırılır.

III qrup əlilliyə görə sosial müavinətin məbləği müharibə əlilləri üçün 73 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 61 manatdan 110 manata, Prezidentin aylıq təqaüdü 121 manatdan 210 manata, onlara sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən ümumi vəsait isə 194 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 182 manatdan 320 manata çatdırılır.

Qeyd edək ki, Sosial paketin büdcədə tutduğu maliyyə yükü isə 400 milyon manat təşkil edir. 

Mənbə ann.az


Digər xəbərlər


Gələn aydan uşaqpulu veriləcəkmi? - Nazirlik rəsmi məlumat yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) aprelin 1-dən ailələrə uşaqpulu veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib Nazir...

Apple yeni AirPods-un təqdimatını edib

Qurğu üçün yenilənmiş futlyar Qi simsiz batareya ilə təchiz olunub. Ancaq Lightning kabelindən də istifadə etmək mümkündür. H1 çipi verilənləri da...

Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar! Vergi ödənişi qaydaları sadə izahda

Vergi Məcəlləsinin 220.10 maddəsinə əsasən bərbərlər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 10 manatdır Bu Məcəllənin 220.10-cu maddəs...

Bakıda keçirilən tədbirdə əcnəbi jurnalistlər nazirlərə hücum etdi - Masa sındı

Bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib  Azərbaycan Prezidenti İlham ...