30.03.2019

Türkiyəni seçən azərbaycanlıların sayı daha da artıb

2019-cu ilin fevralında Azərbaycandan Türkiyəyə 50,5 min turist səfər edib. Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 4,65 faiz çoxdur.

Qeyd olunub ki, ölkəyə gələn xarici turistlər arasında azərbaycanlıların payı 3,03 faiz təşkil edib.

Qurumdan bildirilib ki, Türkiyə Azərbaycandan turist axınının artmasında maraqlıdır:

«Azərbaycanlı turistlər əsasən Antalya və Muğla vilayətlərinə, həmçinin İstanbul və Ankara şəhərlərinə səyahət edirlər».

Nazirlikdən deyilib ki, ümumilikdə ötən ay Türkiyəyə 1,670 milyon turist səfər edib. Bu, 2018-ci ilin fevral ayı ilə müqayisədə 9,38 faiz çoxdur.

Həmin müddətdə İstanbula 984 min, Antalyaya isə 135 mindən çox turist gəlib.

Mənbə trend.az


Digər xəbərlər


Türkiyənin məşhur iş adamı Azərbaycanda böyük işlər görməyə qərar verib

“Biz qardaşıq, soyumuz birdir, eyni dildə danışırıq, eyni mətbəxə və mədəniyyətə sahibik” bunu Türkiyədə fəaliyyət göstərən “Nacsoft Yazılım” şirkəti...

Azərbaycanda YENİLİK - Hər bir işsizin "şəxsi kabinet"i olacaq

Bu ilin sonundan başlayaraq işsiz vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı vakansiya bazasından özləri üçün münasib işi s...

Apple-dan 3 arxa kameralı iPad Pro planşet modeli - FOTO

İnternetdə iPhone 11 Pro-dakı kimi 3 arxa kamera moduluna sahib yeni iPad Pro modelinin fotosu ortaya çıxıb. Sonny Dickson adlı insayder sözügedən p...

Azərbaycanda yeni üsulla kişmiş istehsal olunacaq

Kənd Təsərrüfatı naziri İnam Kərimov “Samux rayonunda meyvə qurusu istehsalı” müəssisəsinə baş çəkib. Bildirilib ki, bu layihənin yekun məhsulu ol...