16.03.2019

Vagif Mustafazadə — 79

Bu gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi  Vagif Mustafazadənin doğum günüdür

16 mart 1940-ci ildə Bakı şəhərində İçəri Şəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur. İlk məşhurluqda elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir.

1964-cü ildən «Orero» ansamblına, «Qafqaz» caz üçlüyünə, «Leyli» və «Sevil» qadın vokal instrumental və «Muğam» instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının («Tallin-66», «Tbilisi-78», Monte-Karlo) laureatı olmuşdur.

1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə «Ağ royal» mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır.

Fortepiano və simfonik orkestr üçün konsertin, «Muğam» simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış „Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.[

O, 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat etmişdir. Bakıda dəfn olunmuşdur.


Digər xəbərlər


Opera və Balet teatrında “Jizel” nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında A.Adanın “Jizel” baleti nümayiş olunacaq. Sentyabrın 28-də təqdim olunacaq səhnə əsərində Jize...

Dövlət Turizm Agentliyində dəyişiklik

Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Tarix-Diyarşünaslıq Muzeyi və Şəki Xalq Tətbiqi Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyası Dövlət Turizm Age...

Cenifer Lopez Türkiyədə konsert verəcək

Dünya şöhrətli amerikalı müğənni Cenifer Lopes Türkiyənin Antalya şəhərində konsert proqramı ilə çıxış edəcək. Avqustun 6-da reallaşacaq konsert ü...

Arxeoloqlar çox önəmli tarixi abidə aşkarladı

Fransız tədqiqatçısı Frank Qodyonun rəhbərlik etdiyi beynəlxalq sualtı ekspedisiya Aralıq dənizində batmış antik Heraklion şəhərinin məbədinin qalıql...