15.03.2019

Xocalı qətliamı və Ermənistanın Azərbaycana təcavüzünə dair qətnamə layihələri qəbul edilib

Martın 14-də Mərakeş Krallığının paytaxtı Rabatda İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) Konfransının 14-cü iclasi keçirilib.

Tədbirdə Azərbaycanı Milli Məclisin İƏT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva, parlamentin əməkdaşı Emin Məmmədov təmsil ediblər.

Konfrans çərçivəsində “Xocalı qırğını qurbanlarının xatirəsinin yad edilməsinə dair” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüz etməsinə dair” qətnamə layihələri qəbul edilib.

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva sessiyada məruzə ilə çıxış edib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun bu günədək həllini tapmaması haqqında ətraflı məlumat verib. O, üzv ölkələrin nümayəndə heyətlərinə Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə və qətnamə layihələrinin qəbul olunmasına səs verdiklərinə görə minnətdarlığını bildirib.

Mənbə trend.az


Digər xəbərlər


Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Mohammad Al-Samaanini qəbul...

Rusiyadan Gürcüstana şərt - Ya olum, ya ölüm

Bu tamamilə əsaslandırılmış və adekvat reaksiyadır Rusiya rəhbərliyi hələ də Gürcüstan vətəndaşları üçün vizanın ləğvi imkanından imtina etmir. Bu...

“F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək”

«Türkiyənin F-35 proqramından çıxarılması NATO-nun gücünə, xüsusilə də cənub qanadına mənfi təsir göstərəcək”. Türkiyə mediasına istinadən ...

Amerikada bu dəfə bütün iranlı diplomatların hərəkətinə məhdudiyyət qoyuldu

Rəsmi Vaşinqtonun Amerikada fəaliyyət göstərən bütün iranlı diplomatlar və onların ailələrinin bu ölkədə hərəkətinə məhdudiyyətlər tətbiq etdiyi barə...