13.03.2019

Zakir Həsənov ön xətt bölmələrində olub — VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində olublar.
Müdafiə nazirinə əməliyyat şəraitinin vəziyyəti barədə məruzə edilib. General-polkovnik Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə  müvafiq tapşırıqlar verib.
Bölmələrdəki şəraitlə tanış olan Müdafiə naziri şəxsi heyət üçün yeni inşa edilən əsgər yataqxanası, silah otağı, ideoloji otaq, yeməkxana, məişət otağı, hamam, əşya anbarı, eləcə də digər xidməti obyektlərdən ibarət olan yaşayış kompleksinin açılışında iştirak edib.
Görülən işlərlə maraqlanan general-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini xüsusi vurğulayıb.
Müdafiə naziri xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.
Sonra nazir cəbhəboyu zonada yerləşən kəndlərdən birində yerli sakinlərlə görüşərək əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşayış məntəqələrimizin müdafiəsi barədə söhbət edib.


Digər xəbərlər


Türkiyədə İŞİD-ın planlaşdırdığı terror aktı zərərsizləşdirildi

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda bir terrorçunu zərərsizləşdirib Türkiyə mətbuatına istinadən xəbər verilir ki, terrorçunun İŞİD qruplaş...

Bu gün Daun Sindromu Günüdür

Statistik məlumatlar təsdiq edir ki, Daun sindromu ilə doğuluşa hər 700 uşaqdan birində rast gəlinir və bu, heç də valideynlərin yaşayış yeri, həyat ...

Qazaxıstanın paytaxt adı dəyişdirildi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefasından sonra prezident səlahiyyətlərini həyata keçirən spiker Qasım-Jomart Tokayev ölkənin paytaxt...

“WhatsApp” istifadəçiləri üçün istifadə qaydaları asanlaşacaq - Yenilik

Tezliklə populyar “WhatsApp” messenceri linklərə baxış üçün daxili brauzerlə təchiz ediləcək. Daxili brauzerin köməyi ilə veb səhifələri birbaşa “...