05.04.2019

Əziz valideynlər! “Azərbaycanım” adlı rəsm müsabiqəsi elan olunub

Bakı Xətai Sənət Mərkəzi “Azərbaycanım” adlı ikinci respublika uşaq rəsm müsabiqəsi elan edib

Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi Respublika 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Bu barədə Amərkəzin direktoru Zahid Əvəzov məlumat verib.

Onun sözlərinə görə, “Nəsimi ili” çərçivəsində gerçəkləşən müsabiqə uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsası da doğma elə, Vətənə məhəbbəti aşılamaq məqsədilə təşkil olunur. Müsabiqədə iştirak etmək istəyən 5 yaşdan 17 yaşa qədər uşaqlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə ən çoxu 3 işinin fotosunu aprelin 30-dək Xətai Sənət Mərkəzinin “Whatsapp” 051-310-74-01 nömrəsinə göndərməlidir. Seçim iki yaş kateqoriyası üzrə aparılacaq — 12 yaşa qədər və 12-17 yaşarası.

Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlədiyi əsərlər seçiləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. Sonda seçilmiş əsərlərdən ibarət Xətai Sənət Mərkəzində rəsm sərgisinin açılacağı da nəzərdə tutulur. Qaliblər diplomlarla təltif olunacaq.

Qeyd edək ki, AZƏRTAC müsabiqənin informasiya dəstəkçiləri sırasındadır.

Mənbə azertag.az


Digər xəbərlər


Bakı yenə bayram abu-havasına bürünəcək - Atəşfəşanlıq və konsert olacaq

Konsertdə Azərbaycanın populyar qrupları çıxış edəcək Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əl...

Nəsimi Festivalı Avropa Festivallar Assosiasiyasına üzv olub

Nəsimi — şeir, incəsənət və mənəviyyat Festivalı Avropa Festivallar Assosiasiyasına üzv olub. Bu, Azərbaycandan Avropa Festivallar Assosiasiyas...

Hacı Zeynalabdin Tağıyevin heykəli burada ucaldılacaq

Müsabiqədə landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşlar iştirak edə bilərlər Mədəniyyət Nazi...

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi insanların narahatlığını əsassız adlandırdı

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sosial şəbəkələrdə yer alan iddialara münasibət bildirib İdarədən bildirilib ki, sosial şəbəkələ...