Bakı 27 ℃

USD 1.7
RUB 0.0321
EUR 1.7771
TRY 0.1023
Qızıl 3087.353
Gümüş 35.2303

03.04.2019

Xanımların diqqətinə! — “Ariel”, “Vernel”, “Calgon” və “Domestos”un saxta üsulla hazırlanır

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, ev 53 ünvanda yerləşən həyət evində bir sıra brend markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluqdan daxil olmuş müraciət əsasında araşdırma aparılıb

Nazirlikdən «Marjaya daxil olmuş məlumata görə, «Xəzər Rayonu Məhkəməsinin qərarı əsasında Vergilər Nazirliyiyanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən həmin ünvanda yerləşən Həmidov Əlövsət Akif oğluna məxsus həyət evində keçirilən nəzarət tədbiri zamanı bir sıra brend markalara, o cümlədən “Ariel”, “Vernel”, “Calgon” və “Domestos” adlı markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanaraq satışa hazırlandığı müəyyən edilib.

Ə.Həmidov qonşu ölkələrdən ucuz yuyucu vasitələri alaraq onları texniki duzla qarışdırıb brend markalı yuyucu vasitələrin qutularına doldurularaq hazırladığını və müxtəlif obyektlərə, o cümlədən “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən satış obyektlərinə təqdim etdiyini etiraf edib.

Bundan başqa baxış zamanı məhsulların hazırlanması məqsədilə istifadə edilməmiş boş qutular və etiketlər aşkar edilib.

Saxta məhsulların hazırlanmasında Həmidov Əlövsət Akif oğlundan başqa daha 4 nəfərin əmək müqaviləsi olmadan bu işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub. Qeyd olunan faktlarla əlaqədar araşdırma aparılır.

Beləliklə, aparılan nəzarət tədbirləri zamanı xarici istehsalçıların məhsullarını saxtalaşdırmaqla onların intellektual mülkiyyət hüquqlarına və işgüzar nufuzuna zərər vurulması və vergidən yayınma halları müəyyən edilib.

«VN vergi ödəyicilərinin nəzərinə çatdırır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Bununla belə, son zamanlar vergi orqanlarında daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, ölkə ərazisində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində, xüsusilə şadlıq evlərində vətəndaşlara qanunsuz istehsal edilmiş və saxta aksizli, o cümlədən kustar üsulla hazırlanmış alkoqollu içkilər təqdim edilir. Gəlir əldə etmək məqsədilə belə “işbazlar”la sövdələşməyə gedən vergi ödəyiciləri bilməlidirlər ki, bununla yalnız qeyri-qanuni istehsalçıların fəaliyyətinə rəvac vermir, həm də vətəndaşların sağlamlığını təhlükə altına atmış olurlar. Vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

Mənbə marja.az


Digər xəbərlər


Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb

Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Gulustan.i...

Azərbaycan nefti 120 dolları KEÇİB

Dünya bazarında «Azeri Light» (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,86 ABŞ...

SOCAR-ın Rumıniyadakı fəaliyyəti açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu var. Bunu Azərbaycan və ...

İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək

İyunun 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə...

Pensiyaların tam ödəniləcəyi tarix açıqlanıb

Respublika üzrə iyun ayının pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.inf...

1 lirə 10 qəpikdən aşağı düşüb

Azərbaycan Mərkəzi Bankı 8 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Gulustan.info-ya verilən ...

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq maaşı açıqlanıb

Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 778 manat təşkil edib. Bu barə...

Pensiyaların ödəniləcəyi tarix açıqlanıb

İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. ...