Bakı 28 ℃

USD 1.7
RUB 0.0312
EUR 1.7773
TRY 0.1018
Qızıl 3064.709
Gümüş 34.1546

11.04.2019

OPEC bülletenində Azərbaycana dair geniş buraxılış həsr olunub

OPEC bülletenin mart sayında Azərbaycana həsr olunmuş “Bakı OPEC və qeyri-OPEC tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc olunub

Energetika Nazirliyindən verilən məlumata görə, buraxılışda “OPEC və qeyri-OPEC neft sənayesinin beşiyini ziyarət etdi”, “OPEC və Azərbaycan: güclü və davamlı tərəfdaşlıq”, “Azərbaycan: tarix və müasirlik məkanı” başlıqlı məqalələr yer alıb.

Məqalələrdə Azərbaycanın dünya neft sənayesi tarixində rolu, OPEC təşkilatı ilə 1992-ci ildən başlayan əlaqələrin 2016-cı ildən etibarən yeni mərhələdə inkişafı, neft bazarının tənzimlənməsi prosesində ölkəmizin davamlı dəstəyi, intensiv əməkdaşlığı, “OPEC plus” çərçivəsində tədbirlərdə mütəmadi iştirakı kimi məqamlara diqqət yetirilib. Bakıda «OPEC plus» tədbirlərinin yüksək səviyyədə keçirildiyi qeyd olunub.

“Qlobal miqyaslı dövlət adamı və uzaqgörən lider kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu illər ərzində OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə rəğbətimizi yetiririk” deyə, dövlət başçısının rolu xüsusi vurğulanıb. Nazirlərin Birgə Monitoriq Komitəsinin 13-cü iclasında səsləndirilən çıxışlardan sitatlar gətirilib. Bülletendə, həmçinin ölkəmizin tarixi, coğrafi mövqeyi, əhalisi, neft-qaz ehtiyatları və beynəlxalq təşkilatlarla əməkdaşlığı, eləcə də 26-28 apreldə keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisi haqqında ətraflı məlumatlar əksini tapıb.

Buraxılışın tam versiyası ilə BURADA tanış olmaq olar.

Mənbə trend.az


Digər xəbərlər


Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb

Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Gulustan.i...

Azərbaycan nefti 120 dolları KEÇİB

Dünya bazarında «Azeri Light» (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,86 ABŞ...

SOCAR-ın Rumıniyadakı fəaliyyəti açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu var. Bunu Azərbaycan və ...

İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək

İyunun 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə...

Pensiyaların tam ödəniləcəyi tarix açıqlanıb

Respublika üzrə iyun ayının pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.inf...

1 lirə 10 qəpikdən aşağı düşüb

Azərbaycan Mərkəzi Bankı 8 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Gulustan.info-ya verilən ...

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq maaşı açıqlanıb

Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 778 manat təşkil edib. Bu barə...

Pensiyaların ödəniləcəyi tarix açıqlanıb

İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. ...