Bakı 24 ℃

USD 1.7
RUB 0.0311
EUR 1.7918
TRY 0.0979
Qızıl 3104.3955
Gümüş 35.815

15.04.2019

Artıq problemli kreditlərin həlli ilə bağlı Apellyasiya Komissiyası işinə başlayır

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya Komissiyası yaxın günlərdə fəaliyyətə başlayacaq.

Bu barədə Palatadan bildirilib.

Məlumata görə, Komissiya sözügedən məsələ ilə bağlı Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı fərmanın əhatə dairəsinə düşməyən vətəndaşların şikayətlərini araşdıracaq. Həmin şəxslərin müraciətləri onlayn rejimdə qəbul ediləcək və hər müraciətə 14 iş gün müddətində baxılıb cavab verilməsi nəzərdə tutulub.

Apellyasiya Komissiyası ilə yanaşı, banklarda da problemli kreditlərlə bağlı işçi qrupları fəaliyyət göstərəcək və vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirəcəklər.

Güzəştlərdən faydalanacaq müştərilərin siyahısı ilkin olaraq dəqiqləşdirilib və fiziki şəxslər bu siyahıda adı olub-olmamasını problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiyası ilə bağlı yaradılan portal vasitəsi ilə yoxlaya bilərlər.

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı işlərin icrası nəticəsində Prezident fərmanının əhatə dairəsinə düşən bütün vətəndaşlara SMS göndəriləcək. Fəaliyyətdə olan bankların müştəriləri SMS-i həmin banklardan, ləğv prosesində olan bankların, eləcə də bank olmayan kredit təşkilatlarının müştəriləri isə SMS-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-dən alacaqlar.

Fərmana əsasən kompensasiya ödənişi və ya restrukturizasiya bütün xarici valyutada olan kreditlərə şamil edilir. Bu zaman kompensasiya ödənişi həmin kreditlərin valyutalarının 2015-ci il 21 fevral və 21 dekabr tarixlərinə, restrukturizasiya isə 2019-cu il 1 mart tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq hesablanmaqla həyata keçirilir.

Fərmana əsasən, ən geci mayın sonunadək bütün kompensasiyalar ödəniləcək.

Mənbə report.az


Digər xəbərlər


Azərbaycan nefti 120 dolları KEÇİB

Dünya bazarında «Azeri Light» (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,86 ABŞ...

SOCAR-ın Rumıniyadakı fəaliyyəti açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu var. Bunu Azərbaycan və ...

İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək

İyunun 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə...

Pensiyaların tam ödəniləcəyi tarix açıqlanıb

Respublika üzrə iyun ayının pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.inf...

1 lirə 10 qəpikdən aşağı düşüb

Azərbaycan Mərkəzi Bankı 8 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Gulustan.info-ya verilən ...

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq maaşı açıqlanıb

Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 778 manat təşkil edib. Bu barə...

Pensiyaların ödəniləcəyi tarix açıqlanıb

İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. ...

Azərbaycan “Yaşıl Kart” sisteminə tam üzv olub

İcbari Sığorta Bürosu (İSB) 10 illik sınaq müddəti bitmədən 5 il ərzində Bürolar Şurasının tam hüquqlu üzvü seçilib. Bu barədə...