Bakı 27 ℃

USD 1.7
RUB 0.0321
EUR 1.7771
TRY 0.1023
Qızıl 3087.353
Gümüş 35.2303

16.04.2019

«Notre-Dame de Paris» yenidən bərpa ediləcək

Ekspertlər bildirilər ki, Notr-Dam-de-Pari kilsəsinin tam bərpası 5 ildən bir neçə onilliyə qədər davam edə bilər

Fransanın paytaxtı Parisdə yanan məşhur Notr-Dam-de-Pari kilsəsi yenidən bərpa ediləcək. Bu barədə Fransa prezidenti Fransua Makron xalqa müraciəti zamanı bildirib.

Makron xalqa xüsusi müraciəti zamanı kilsənin günü sabahdan bərpa ediləcəyinə söz verib: «Biz kilsəni bərpa edəcəyik. Sabahdan etibarən həm Fransada, həm də onun hüdudlarından kənarda kilsənin bərpası üçün vəsait toplanmasına başlanılacaq».

O, bərpa işlərinə müasir dövrün ən istedadlı şəxslərinin cəlb ediləcəyini bildirərək, yanğının söndürülməsində iştirak edən yanğınsöndürənlərə təşəkkür edib: «Notr-Dam bizim tariximiz, bizim ədəbiyyatımız, bizim təsəvvürümüzdür. Elə bir yerdir ki, biz burada epidemiyalar, müharibələr, azad edilməyimiz kimi tarixi anları yaşamışıq. Bura bizim həyatımızın mərkəzidir. Məsafənin ölçülməyə başlanılmasının etalonudur».

Qeyd edək ki, kilsədə yanğın aprelin 15-də axşam saatlarında başlayıb. Yerli vaxtla, təxminən, saat 19-da yanğın barədə ilk siqnal daxil olub. Yanğın nəticəsində kilsənin dam örtüyünün üçdə ikisi, damı, mili və saatı məhv olub. Amma kilsənin hər iki zəng qülləsi xilas edilib.

Bundan əlavə, kilsənin içindəki tarixi əşyaların böyük qismini xilas etmək mümkün olub. Amma yekun qiymətləndirmə kilsədəki yanğın tam söndürüləndən sonra aparılacaq.

Ekspertlər bildirirlər ki, Notr-Dam-de-Pari kilsəsinin tam bərpası 5 ildən bir neçə onilliyə qədər davam edə bilər.

Notr-Dam-de-Pari kilsəsi Parisin əsas simvollarından biridir. Kilsə 1163-1345-ci illər ərzində ucaldılıb. Burada dəfələrlə Fransa tarixində taleyüklü əhəmiyyət daşıyan hadisələr yaşanıb. Fransa kral və kraliçalarının toyu, kralların taxta çıxarılması, o cümlədən Napaleon Bonapartın imperator elan edilməsi, məşhur şəxslərin dəfn edilməsi, dini ayinlər, dövlət mərasimləri və s. keçirilib. Fransada bütün məsafələr Notr-Dam-de-Pari kilsəsindən başlayaraq ölçülür.

Mənbə sputnik.az


Digər xəbərlər


Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetin...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib

Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla ba...

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Gülüstan.info xəbər verir ki, Heyd...

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Toplantını Azərbaycan Yazıçılar Birli...

Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...