Bakı 26 ℃

USD 1.7
RUB 0.0311
EUR 1.7918
TRY 0.0979
Qızıl 3104.3955
Gümüş 35.815

16.04.2019

Sahibkarların elektron qeydiyyatında xüsusi çəki 87,8% təşkil edib

Bu ilin I rübündə Azərbaycanda elektron qaydada yolla dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1%, fiziki şəxslərin sayı 28,5%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) sayı isə 11,3% çox olub.

Bunu İqtisadi İslahatları Təhlili və kommunikasiya Mərkəzində (İİTKM) keçirilən mətbuat konfransında Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.

Onun sözlərinə görə, təkcə mart ayında yaradılmış yerli investisiyalı MMC-lərdə elektron qeydiyyatın xüsusi çəkisi 87,8% təşkil edib.

«Bu ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatının (əlavə dəyər vergisi üzrə qeydiyyat və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Qeydiyyatın həyata keçirilməsi üçün elektron ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyə azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib”, – Ə.Məmmədov qeyd edib. 

Mənbə report.az


Digər xəbərlər


Azərbaycan nefti 120 dolları KEÇİB

Dünya bazarında «Azeri Light» (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,86 ABŞ...

SOCAR-ın Rumıniyadakı fəaliyyəti açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu var. Bunu Azərbaycan və ...

İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək

İyunun 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə...

Pensiyaların tam ödəniləcəyi tarix açıqlanıb

Respublika üzrə iyun ayının pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.inf...

1 lirə 10 qəpikdən aşağı düşüb

Azərbaycan Mərkəzi Bankı 8 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Gulustan.info-ya verilən ...

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq maaşı açıqlanıb

Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 778 manat təşkil edib. Bu barə...

Pensiyaların ödəniləcəyi tarix açıqlanıb

İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. ...

Azərbaycan “Yaşıl Kart” sisteminə tam üzv olub

İcbari Sığorta Bürosu (İSB) 10 illik sınaq müddəti bitmədən 5 il ərzində Bürolar Şurasının tam hüquqlu üzvü seçilib. Bu barədə...