Bakı 24 ℃

USD 1.7
RUB 0.0311
EUR 1.7918
TRY 0.0979
Qızıl 3104.3955
Gümüş 35.815

17.04.2019

2050-ci ilə qədər Yer kürəsində Günəş yeganə enerji mənbəyi olacaq

Finlandiyalı və almaniyalı alimlər hökumətlərin iqlim dəyişikliklərinə qarşı ciddi mübarizəyə başlayacaqları halda bu əsrin ortasına kimi energetika sahəsinin hansı istiqamətdə gedəcəyini hesablaylblar. Alimlərin gəldikləri nəticə eynidir: Artıq varolan texnologiyalar vasitəsilə qazıntı yanacaqlardan tam imtina mümkündür. Bu barədə Hightech.plus saytı xəbər verib. Finlandiyalı və almaniyalı mütəxəssislərin hesablamalarına əsasən yaxın onilliklər ərzində bərpa olunan enerji sahəsini ciddi yüksəliş gözləyə bilər.

2050-ci ilə kimi Günəş Yer planetinin sərf etdiyi enerjinin 69%-ni generasiya edəcək. Yerdə qalan 31% isə külək enerjisi və digər bərpa olunan enerji üsullarının üzərlərinə düşəcək. Mütəxəssislərin bu bəyanatları proqnoz deyil ssenaridir. Bu ssenarinin yerinə yetirilməsi halında iqlim dəyişikliyi krizisini aradan qaldırmaq və əsrin ortasına kimi dünya energetikasını tamamilə bərpa olunan energetik sahəsinə keçidini reallaşdırmaq mümkün olacaq. Alimlər güman edirlər ki, yeni sistemə keçidin əsas başlanğıcı ilkin enerji sərfiyatının elektrikləşdirilməsi olacaq. Bura ilk növbədə nəqliyyat daxildir. Ən kütləvi və ucuz eneji mənbəyi Günəş olacaq.

Külək enerji ehtiyacının 18%ni, biokütlə 6%-ni, hidroenergetika 3%-ni, geotermal energetika isə 2%-ni qarşılayacaq. Ümumilikdə 2050-ci ilə kimi bərpa olunan enerjinin payına ilkin enerji hasil edilməsinin 90%- düşəcək. 2015-ci ildə bu göstərici 22% idi. Elektroenergetika sahəsində Günəş qurğuları 73% enerji hasil edəcəklər. 2030-cu ilə kimi külək enerjsinin payı ilk öncə 43%-ə yüksələcək. Lakin daha sonra onun pay göstəricisi 20%-ə enəcək. Mütəxəssislər həmçinin irimiqyaslı şəkildə enerji saxlama sistemlərinin yayılmasını da gözləyirlər. Bu cür sistemlər vasitəsilə enerji sərfiyyatının 23%-i təmin olunacaq. 2030-cu ilə kimi elektroenerjinin balanslaşdırılmış qiyməti bir qədər aşağı düşəcək (54 avrodan 53 avroya kimi). Digər müsbət iqtisadi effektlər də gözlənilir. Məsələn Günəş energetikası sahəsində 22 milyon yeni iş yerinin yaradılması.

Alimlər tərəfindən təqdim olunmuş bu hesabatın əsas məğzi ondan ibarətdir ki, artıq indi varolan texnologiyalar vasitəsilə əsrin ortasına kimi dünya energetikasını bərpa olunan enerji sahəsinə keçirdərək iqlim temperaturunun 1.5 dərəcə istiləşməsinin qarşısını almaq olar. Lakin bunun üçün hökumətlər bir sıra vacib qərarlar qəbul etməlidirlər. Onların sırasında qazıntı yanacaqların əldə olunması üçün olan subsidiyaların ləğvi, günəş və külək energetikası sahəsindəki böyük layihələr üçün güzəştlərin təqdim olunması və s. var. Mütəxəssislər əmindirlər ki, çoxlu sayda dövlətlərin iqlim dəyişiklikləri ilə ciddi mübarizəyə start verəcəkləri halında Shell və BP kimi böyük neft şirkətlərinin qiymətiəri 95% aşağı düşəcək. Hər halda insan sivilizasiyası bu cür halda əksinə müsbət nəticələr qazanacaq.

Mənbə technote.az


Digər xəbərlər


Azərbaycan nefti 120 dolları KEÇİB

Dünya bazarında «Azeri Light» (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,86 ABŞ...

SOCAR-ın Rumıniyadakı fəaliyyəti açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu var. Bunu Azərbaycan və ...

İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək

İyunun 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə...

Pensiyaların tam ödəniləcəyi tarix açıqlanıb

Respublika üzrə iyun ayının pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.inf...

1 lirə 10 qəpikdən aşağı düşüb

Azərbaycan Mərkəzi Bankı 8 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Gulustan.info-ya verilən ...

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq maaşı açıqlanıb

Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 778 manat təşkil edib. Bu barə...

Pensiyaların ödəniləcəyi tarix açıqlanıb

İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. ...

Azərbaycan “Yaşıl Kart” sisteminə tam üzv olub

İcbari Sığorta Bürosu (İSB) 10 illik sınaq müddəti bitmədən 5 il ərzində Bürolar Şurasının tam hüquqlu üzvü seçilib. Bu barədə...