Bakı 26 ℃

USD 1.7
RUB 0.0311
EUR 1.7918
TRY 0.0979
Qızıl 3104.3955
Gümüş 35.815

18.04.2019

Kompensasiya alarkən bəzi şəxslər problemlə qarşılaşa bilər — Şərh

Kompensasiya üçün müraciət edənlərin və problem yaşayanların əksəriyyəti «üçüncü tərəf»lərdir. Bəs qanun hansı hallarda zaminlərə, ümumilikdə «üçüncü tərəflər»ə kompensasiya verilməsini təsdiqləyir?

«Fərz edək ki, mən başqa biriylə öz aramda alış-veriş etmişəm. Alınan əmlak mənim adımadır, amma etibarnamə ilə başqasına satmışam və əmlakın kreditini başqası ödəyib. Maliyyə Bazarlarına Nəzarət Palatası bu halda kompensasiya alacaq şəxsin müqavilə bağlayan, yəni krediti ödəyən yox, əmlakı satan şəxs olduğunu söyləyir. Belə olan halda ortaya zərərçəkən şəxsin taleyinin necə olacağı sualı çıxır. Palata isə zərərçəkənin öz işini hüquq müstəvisində həll etməsini məsləhət gördüyünü bildirir. Bu da öz növbəsində uzun məhkəmə proseslərinə və çəkişmələrə səbəb olur. Əslində isə hər iki şəxs banka çağrıla və kredit müqaviləsi kimin adınadırsa, həmin şəxs ərizə ilə əmlakını ikinci tərəfə satdığını təsdiqləyə bilərdi. Belə olduqda da kompensasiya pulu ödəyən şəxsə çatardı. Zaminlərə gəldikdə eyni hal onlar üçün də keçərlidir. Və palata vətəndaşlara yenə də bu kimi problemləri hüquq müstəvisində özlərinin həll etməsini söyləyir» — deyə ekspert bildirib.

Əgər bank bu illər ərzində 10 müştəridən 6-sı ilə problem yaşayıbsa (bura dünyadan və ölkədən köçənlər, heç bir halda krediti ödəməyənlər, digər səbəblərdən tapılmayanlar), məhkəmədə üz-üzə gəlibsə, davalıdırsa, bu hallar üçün yeni qərarda hər hansı bənd göstərilir?

Odər Qəni bildirib ki, ən böyük problemlərdən biri restrukturizasiya ilə bağlıdır:

«Restrukturizasiya nədir? Yəni söhbət vətəndaşa olan güzəştdən gedir. Restrukturizasiyada belə bir şey var: bank, kredit təşkilatı müştərini proses zamanı yenidən banka çağırmalı, ona müqaviləni yenidən 1 faizlə lə yeniləməyi təklif etməlidir. Daha sonra bank həmin sənədləri Palataya göndərməli, pulu almalıdır. Amma burada söhbət borcunu ödəməyən müştərilərdən getdiyindən məsələnin həlli sual altına düşür.

Söhbət 4 ildən gedir. Bu 4 il ərzində müştərinin başına hər şey gələ bilər, ölkədən gedər, faktiki ünvanını dəyişər və s. Bank isə bu kimi səbəblərdən müştərini tapa bilməz. Əgər taparsa, bu vaxta qədər evində oturub, krediti olduğunu unudan şəxsi banka gətirə bilməz. Müştəri onsuz da bu krediti mənimsəyib və ya məhkəmə yolu ilə qalib gələrək ödəməkdən imtina edib, bankla davalıdır. Həmin adam təkrar sözügedən banka gedər? Əslində belə böyük problemlər üçün tərəflərin hər ikisinə neytral yanaşacaq dövlət bankı, «Azər Türk Bank» və Beynəlxalq Bankın filiallarında qruplar yaradıla, davalı tərəflər arasında razılıq əldə oluna bilərdi. Müştəri belə olanda işini birbaşa dövlətlə həll etmiş olardı ki, bu da həm bank, həm də müştəri üçün daha müsbət nəticəyə səbəb olardı. Ümumiyyətlə, isə vətəndaşlarımız bu gün bankdan kredit götürür, evə gedib dua etməyə başlayır ki, «bank bağlansın». Elə bilir ki, bank bağlansa, həmin pul onda qalacaq. Bu da ciddi maliyyə savadsızlığının nəticəsidir və belə düşüncələr aradan qalxmadığı müddətdə problemli kreditlərin sayı azalmayacaq».

Mənbə ekonews.az


Digər xəbərlər


Azərbaycan nefti 120 dolları KEÇİB

Dünya bazarında «Azeri Light» (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,86 ABŞ...

SOCAR-ın Rumıniyadakı fəaliyyəti açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu var. Bunu Azərbaycan və ...

İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək

İyunun 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə...

Pensiyaların tam ödəniləcəyi tarix açıqlanıb

Respublika üzrə iyun ayının pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.inf...

1 lirə 10 qəpikdən aşağı düşüb

Azərbaycan Mərkəzi Bankı 8 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Gulustan.info-ya verilən ...

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq maaşı açıqlanıb

Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 778 manat təşkil edib. Bu barə...

Pensiyaların ödəniləcəyi tarix açıqlanıb

İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. ...

Azərbaycan “Yaşıl Kart” sisteminə tam üzv olub

İcbari Sığorta Bürosu (İSB) 10 illik sınaq müddəti bitmədən 5 il ərzində Bürolar Şurasının tam hüquqlu üzvü seçilib. Bu barədə...