Bakı 28 ℃

USD 1.7
RUB 0.0312
EUR 1.7773
TRY 0.1018
Qızıl 3064.709
Gümüş 34.1546

25.04.2019

«Tesla» şirkəti yeniliklərə davam edir — Taksi servisi və yeni avtopilot sistemi

22 aprel tarixində «Tesla» şirkətinin Palo-Alto şəhərindəki baş ofisində «Tesla Autonomy Investor Day» adlı tədbir keçirilib. Həmin tədbirdə olan vacib məqamları sizlərə çatdırırıq:

Robotaxi:

Bu, taksi şəklində fəaliyyət göstərəcək avtopilot sistemli elektromobillər şəbəkəsidir. Artıq 2020-ci ildə bütün Tesla elektromobil modelləri bu şəbəkəyə qoşulmağa imkan verəcək xüsusi proqram təminatı yenilənməsi əldə edəcəklər. Tesla elektromobillərinin sahibləri xüsusi mobil tətbiq vasitəsilə öz elektromobillərini sözügedən Robotaxi servisinə əlavə edə biləcəklər və bu üsulla onlar gəlir əldə edəcəklər. İstənilən şəxs Uber-də olduğu kimi müəyyən məntəqəyə çatmaq üçün Tesla elektromobilini sifariş edə biləcək. Elon Musk-ın hesablamalarına əsasən gələn ilin sonuna kimi Robotaxi servisində 1 milyondan çox avtomobil olacaq.

Musk onu da qeyd edib ki, istehlakçılar Tesla elektromobillərindən başqa avtomobil almaq istəyən zaman ciddi şəkildə düşünməlidirlər. Belə ki, bugünki gündə «Tesla» şirkəti tamamilə avtonom şəkildə çalışacaq nəqliyyat vasitəsini təklif edəcək yeganə şirkətdir. «Maliyyə nöqteyi nəzərdən Tesla-dan başqa hansısa avtomobili almaq dəlicəsinə bir hərəkətdir. Robotaxi şəklində fəaliyyət göstərəcək Model 3 elektromobili sizə il ərzində 30.000$ gəlir gətirə bilər». Avtonom idarəetmə sisteminə sahib tamamilə elektrikləşdirilmiş nəqliyyat növlərini özündə birləşdirən virtul taksi parkı. Həqiqətən də çox iddialı səslənir.

    Sükansız və pedalsız avtomobil:

Musk onu da bildirib ki, növbəti 2 il ərzində şirkət sükansız elektromobil modelini istehsal edəcək. «Düşünürəm ki, elə bir dönüş nöqtəsi olacaq ki, insanlar sükanlı və ya avtonom sürmə tərzi arasında seçim etməli olacaqlar. Qanunvericilik sükandan tamamilə imtinaya icazə verəndən sonra biz sadəcə olaraq elektromobillərdə həmin sükanları aradan qaldıracağıq. Bunun baş vermə mümkünlüyü 100%-dir. İstehlakçılar bunu istəyəcəklər» – deyə Musk bildirib.

Full Self-Driving computer:

Bu, tamamilə avtonom idarəetmə kompüteridir. «Tesla» şirkəti öz avtopilot sistemi üçün olan kompüterinin bütün özəllikləri barəsində məlumat verib. Musk-ın sözlərinə əsasən bu, bugünki gündə dünyanın ən yaxşı çipidir. Onun sözlərinə əsasən dünyada elə bir çip yoxdur ki, xüsusi olaraq neyron şəbəkəsi üçün hazırlansın. Buna görə də onlar bu cür çipi yaratmaq və ona xüsusi proqram təminatını yazmaq qərarını veriblər.

Məlumata əsasən yeni çip Nvidia cihazları əsasında yaradılmış avtopilot sistemlərindən 21 dəfə daha yaxşı çalışır. Tesla şirkətinin avtopilot sisteminin təchizat şöbəsinin rəhbəri Pete Bannon bildirib ki, o indiyənə kimi yaxşılaşdırma qiymətləndiricisinin 3-ü keçdiyi heç bir çip üzərində çalışmayıb. Onu da qeyd etmək lazımdır ki, Pete Bannon daha öncə Apple şirkətinin çipləri üzərində çalışıb.

Mənbə technote.az


Digər xəbərlər


Mehriban Əliyeva: “Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!” - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı rəsmi “Instagram” hesabında payla...

Avtobus sürücüsünü döyən şəxslə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Abşeronda avtobus sürücüsünü döyən şəxslə bağlı açıqlama yayıb. DİN-dən Gulustan.info-ya daxil ol...

Prezident yeni yolun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilomet...

Azərbaycanda boşanmaların sayı açıqlandı

2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26 min 312 nikah qeydə alınıb. Bu barədə Dövlət Statistik...

ANAMA-nın əməkdaşı minaya düşüb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) minaaxtaranı — Zeynalov Telman B...

Türkiyədə Polad Həşimov adına park açıldı - Foto

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvv...

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə təşəkkür etdi

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə müraciət edib. AZƏRTAC-da yayımlanan müraciətdə deyilir:...

TƏBİB-dən koronavirus vaksinlərinin ilk kimlərə vurulacağı ilə bağlı açıqlama

Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vakinasiya olunacaq. Gulustan.info xəbər verir ki, bunu TƏBİB-in...