05.04.2019

AKP-çilər oğruluqda niyə ittiham olunur?

Türkiyədə son durum xoşagəlməzdir. CHP İstanbul və digər bölgələrdə pozuntulara yol verib.Bu sözləri açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

O bildirib ki, bu halların yaranmasında AKP-çi müşahidəçilərin də günahı var:

“AKP-çilər daha diqqətli və ayıq-sayıq olmalı idilər. Səslərin sayılmasından sonra nəticənin necə olacağını indidən demək çətindir. Lakin əminəm ki, səsləri sona qədər saymağa imkan verilsə, Binəli Yıldırım qalib gələcək. AKP reaksiyasında təbii ki, haqlıdır. Nəticədə şübhə varsa, səslər yenidən sayılmalıdır. Təkcə iqtidar deyil, müxalifət də səsləri saxtalaşdırmamalıdır. CHP-nin reaksiyası isə artıq mənfidir. CHP bir dəfə sayılmanın qarşısını alıb. Sonra YSK yenə səslərin sayılması qərarını verdi.”


Politoloqun sözlərinə görə, CHP indidən sabotaj, provokasiya ilə məşğuldur:

“Çünki CHP-nin biabırçılıqları ortaya çıxsa, nəinki İstanbul, Ankara, İqdır və digər bir neçə bölgədə də qələbəsi şübhə altına alınacaq və an azı İstanbulda AKP-nin qələbəsi rəsmi tanınacaq. Bütün bunlar baş verəcəyi təqdirdə qardaş ölkəni həm daxili, həm də xarici qüvvələr qarışdıra bilər. Heç şübhəsiz ki, türk dövləti bütün qeyri-qanuni yolların qarşısını alacaq.”

Politoloq qeyd edib ki, bu seçkilər Türkiyədə demokratiyanın ABŞ-dan da üstün səviyyədə olduğunu göstərdi:

“AKP-nin son 20 ildə bütün seçkilərdə qalib gəlməsinin yeganə səbəbi xalq dəstəyidir.”

Mənbə musavat.az


Digər xəbərlər


Aydın Mirzəzadənin lider olduğu Dairənin 3 məntəqəsi ləğv edildi

Mərkəzi Seçki Komissiyası 47 saylı Mingəçevir şəhər seçki dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib. Gülüstan.info xəbə...

BMT Təhlükəsizlik Şurasından Bəşər Əsədə çağırış

ABŞ, İngiltərə və Almaniya rəsmiləri Bəşər Əsədə Türkiyənin İdlibdəki nəzarət məntəqələrinə hücumu dayandırmağa çağırdı. Gülüstan.info xəbər verir...

Prezident İlham Əliyev və Birinci xanım İtaliyaya dövlət səfərinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gəlib. Romanın «Fiumicino» Bey...

Çavuşoğlu, Suriya Kürd Milli Şurasının heyəti ilə görüşüb

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Suriya Kürd Milli Şurasının heyəti ilə görüşdü. Gulustan.info xarici mediaya istinadən xəbər verir ki, ...