10.04.2019

Amnesty İnternational İranın qəddar rejiminin edam siyasətindən narahatdır

Dünyada insan haqlarına nəzarət edən qurum Amnesty İnternationalın yeni hesabatında İranın edam hökmünün ən çox icra edildiyi ölkələr sırasında olduğu qeyd edilib

Hesabata əsasən, narkotik maddələrin qaçaqmalçılığı ilə bağlı cinayət məcəlləsində edilən dəyişikliklərdən sonra İranda edamların sayı “50% azalsa da”, bütün dünyada yenə də bu sahədə başda gələn ölkələrdən biridir.

Təşkilatın yeni hesabatda hesablamaları dünyada ən çox edam hökmünün icra edildiyi ölkənin Çin, 2-ci İran, daha sonra isə sıra ilə Səudiyyə Ərəbistanı, Vyetnam və İraq olduğunu göstərir.

Çində icra edilən edam hökmləri ilə bağlı statistika Amnesty İnternational tərəfindən təxminlər əsasında formalaşır. Təşkilat 2018-ci ildə də bu ölkədə minlərlə insanın edam edildiyini təxmin edir.

2017-ci ildə İranda 507 edam hökmü icra edilmişdi. 2018-ci il hesabatına görə isə, Çin nəzərə alınmadan, bütün dünyada icra edilmiş edam hökmlərinin yarısından çoxu İranın payına düşmüşdü.

Yeni hesabatda qeydə edilmiş 253-dən çox edam arasından 160-ı qisas ittihamı əsasında icra edilib. 18 nəfər isə fiqhdə «müharibə» adlanan (Allah və dinə qarşı çıxmaq) ittihamı ilə dar ağacından asılıb. Hansı ki, Amnesty İnternational bildirir ki, bu şəxslərdən ən azı 6 nəfəri sırf siyasi fəaliyyətlərinə görə, ədalətsiz məhkəmə qərarları əsasında edam ediliblər. Eləcə də həmin şəxslər istintaq dövrü vəkillə təmin edilməyib və bu ittihamları ağır işgəncələrə məruz qaldıqdan sonra qəbul etməyə vadar ediliblər.

Mənbə gunaz.tv


Digər xəbərlər


Ruhani ABŞ-a gedəcək

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani yüksək səviyyəli nümayəndə heyətilə ABŞ-a səfər edəcək. «Tasnim» agentliyi verdiyi xə...

ABŞ bu dəfə İranın Milli Bankına sanksiya tətbiq edib

ABŞ İranın Milli Bankına sanksiya tətbiq edib. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.  ABŞ Prezide...

Yerevanda ara qarışdı - Həbsxanada iğtişaş

İrəvanın “Nubaraşen” təcridxanasında iğtişaş baş verib. Bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, iğtişaşa səbəb Ermənistanın Cinayət Mə...

ABŞ bu dəfə onları ölkədən qovdu - Siyasi qalmaqal

ABŞ BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün Nyu Yorka gələn Kuba nümayəndə heyətindən ölkəni tərk etməsini tələb edib. Bu ba...