12.04.2019

Aprelin 18-də bu qoruqlarda “Açıq qapı” günü elan ediləcək — SİYAHI

Aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda “Açıq qapı” günü elan ediləcək.

Agentlikdən verilən məlumata görə, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” mehmanxana kompleksi daxil olmaqla) və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqlarına giriş həm yerli, həm xarici turistlər üçün qeyd edilən tarixdə saat 10:00-dan axşam saat 19:00-dək pulsuz olacaq.

Mənbə Azvision


Digər xəbərlər


Yeni tarixi-mədəniyyət qoruqları yaradılır - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, “Çıraq...

Heydər Əliyev Fondu Gürcüstanda konsert təşkil edib - FOTO

Gürcüstanın Marneuli rayonunda Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsert keçirilib. Konsert Gürcüstan Azərbaycanlılarının İnteqr...

Tünzalə, Röya və Miri Yusif “Xalq artisti” oldu

Prezident Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.  Sərəncama ə...

Nəsiminin qəzəlləri on beş dildə çap olunub

“İmadəddin Nəsimi dünya dillərində” kitabı TÜRKSOY-un “Nəsimi ili”nə dəyərli töhfəsidir Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin ...