13.04.2019

Ayna Sultanova parkında müəmma dolu hadisələr — Fotoreportaj

Hasarlanan ərazidə xeyli ağac var və sakinlər həmin ağacların kəsiləcəyindən narahatdırlar

Ayna Sultanova heykəlinin yerləşdiyi parkın hasarlanması son günlər ərazidə yaşayan insanların ciddi narazılığına və təəccübünə səbəb olub. Bəzi iddialara görə, ərazidə hansısa obyektin tikintisinə hazırlıq gedir.

Parkın yerləşdiyi böyük bir ərazi hasarlanıb. Qeyd edək ki, hasarlanan ərazidə xeyli ağac var və sakinlər həmin ağacların kəsiləcəyindən narahatdırlar.

Ərazinin hansı səbəbdən hasara alındığını və hansı işlər görüldüyünə aydınlıq gətirmək üçün Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumatda ərazidəki tikintinin qanuni olduğu vurğulanıb: «Prezident İlham Əliyevin ötən ilin dekabr ayında imzaladığı sərəncama əsasən Binəqədi rayonunda abadlıq-quruculuq tədbirləri davam etdirilir. Ayna Sultanova parkında yenidənqurma işlərinin aparılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb».

«Ərazidə işlərə başlanılıb və yay aylarına qədər həmin parkın istifadəyə verilməsi gözlənilir. Yaşıllaşdırma Təsərrüfatı Birliyi və ETSN ilə razılaşdırılaraq ərazidə olan ağaclar budanıb, Park hazır olana kimi orada başqa dekorativ ağaclar da əkiləcək. Ərazidə heç bir obyekt tikilir. Ora sakinlərin asudə vaxtının təşkili üçün park kimi nəzərdə tutulub və bu istiqamətdə işlər davam etdirilir» – deyə icra hakimiyyətindən verilən məlumatda bildirilib.

Mənbə/Foto sputnik.az


Digər xəbərlər


Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə görüşüb - Yenilənəcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhərə gəlib.  Məlumata görə birinci xanım Kiçik Qala küçəsində yerləşən...

Böyük çayxanaya çevrilən Bakı!

Bir zamanlar qarşısında bilet almaq üçün növbə olardı. Bakının Əhmədli qəsəbəsi, Sixlinski küçəsi 3 ünvanında yerləşən «Bakı” kinoteatrı hazı...

“Formula1”də qəza baş verib - Rassellin bolidi lyuka düşüb - Foto

Bakıda keçirilən “Formula 1” sərbəst yürüşündə maraqlı hadisə baş verib. Yolda olan lyuk açılıb. Bu zaman Böyük Britaniyanın “Williams” komandası...

Nazir müavini Birinci vitse-prezident Mehriban Əliyevanı idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi kimi təqdim etdi

Azərbaycanda gimnastikanın bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi artıq ənənəyə çevrilib Bunu Azərbaycan gənclər və idman nazirinin ...