02.04.2019

Azərbaycanda avtomobil cərimələrini ödəmək üçün yeni sistem yaradılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin «SmartPay» ödəniş sistemi istifadəçilərinə yeni imkanlar təqdim edir.

Nazirlikdən verilən məlumata görə, Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi bundan sonra artıq «SmartPay» ödəmə sistemi vasitəsilə də mümkün olacaq.

Həmçinin, «SmartPay» ödəmə sisteminə yeni inteqrasiya edilmiş xidmət vasitəsi ilə gömrük yığımlarını da ödəmək olacaq.

Qeyd edək ki, vətəndaşlar «SmartPay» ödəmə sistemi vasitəsi ilə kommunal ödənişlər, mobil nömrələrdə balansın artırılması, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi və sair bu kimi xidmətlərdən yararlana bilərlər.

«SmartPay» 70 poçt filialı, 1211 poçt şöbəsində 60 ödəmə terminalı, 60-dan çox xidmət üzrə, 2326 ödəmə nöqtəsi ilə vətəndaşların xidmətindədir.
Eyni zamanda, ödəmələri, «smartpay.az» saytı vasitəsilə də istənilən məkandan həyata keçirmək mümkündür.

«SmartPay» ödəmə sistemi  istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyini və mühafizəsini təmin edir.

Mənbə ekonews.az


Digər xəbərlər


Sabahkı manatın məzənnəsi

Yanvarın 24-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 24.01.2020-ci il tarixindən etibarən rəsmi məz...

Tibb işçilərinin əməkhaqqıları artırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışa...

Bakıda ən bahalı mənzillər hansı ərazilərdə satılır?

“Hazırda mənzil bazarında durğunluq müşahidə edilir”. Bunu açıqlamasında daşınmaz əmlak üzrə ekspert, “Property» Qiymətləndirmə şirkətinin di...

Azərbaycanda korrupsiya azalıb - HESABAT

“Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini (2019 KQİ) təqdi...