25.04.2019

Azərbaycanda daha bir yenilik — Hollandiyanın hesabına model ferma yaradılacaq

«Hollandiya Azərbaycanda kənd təsərrüfatı sahəsində araşdırmalar aparmaq, o cümlədən model ferma yaradılması üçün 300 min avro ayırıb».

Bu barədə jurnalistlərə Hollandiyanın Azərbaycandakı səfiri Onno Kervers ölkəsinin milli bayramı — Kral Gününə həsr olunan mətbuat konfransında bildirib.

Səfir deyib ki, bu addım Hollandiyanın Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına kömək etmək istəyi ilə bağlıdır. «Bu ayın əvvəlində Azərbaycanda kənd təsərrüfatı sektorunda araşdırmalar aparılması, o cümlədən model fermanın yaradılması üçün 300 min avro ayırmışıq. Bu layihənin həyata keçirilməsində bizə Hollandiyanın tanınmış universitetlərindən biri də kömək edəcək. Bu, onu göstərir ki, Hollandiya Azərbaycan iqtisadiyyatının diversifikasiyasında maraqlıdır», — səfir diqqətə çatdırıb. Report

Mənbə fins.az


Digər xəbərlər


Beynəlxalq Bankdan "oğurlanan" 1 milyarda yaxın pulun izi harada itirilib? - FAKTLAR

Tanınmış vəkil Adil İsmayılov «Beynəlxalq Bank işi» ilə bağlı növbəti sensasion yazısını yazıb.  Qaynarinfo həmin yazını təqdim edir: ...

Yeni "Samsung Galaxy Note 10" smartfonu artıq satışda

«Samsung Electronics» avqustun 23-də yeni flaqman smartfonu «Galaxy Note 10″u 70 ölkədə satmağa başlayıb. TASS-a istinadən xə...

Huawei ABŞ sanksiyalarına qarşı bu cür silahlanır - Mühəndislərdən ibarət xüsusi komandalar yaradır

ABŞ sanksiyalarının yenidən təxirə salınmasına baxmayaraq Huawei şirkətinn yaradıcısı Ren Zhengfei şirkət əməkdaşlarını yeni layh...

Azərbaycanda yeni fabrik tikilir - Foto

Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça isteh...