03.04.2019

Azərbaycanda ilk dəfə Barokko və Muğam bir yerdə səslənəcək — Möhtəşəm konsert

Aprelin 19-da Azərbaycan Dövlət Opera və Balet Teatrında «Barokko və Muğam: Su və od» adlı konsert keçiriləcək

Konsert Ka Foskari Universitetinin dəstəyi ilə «United Cultures» ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.

«Su və od» konsertini dirijor Əyyub Quliyev idarə edəcək. O, İtaliya mədəniyyətinin dünyadakı səfiri Luiza Selloya (fleyta), Fəridə Məmmədova (soprano), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Soltan Əliyev (nağara), Kamaliya Əlizadə (fortepiano) və Dövlət Opera və Balet Teatrının orkestrinə dirijorluq edəcək.

Konsert Venesiya şəhərindəki Ka Foskari Universitetində etnomusikologiya professoru Covanni De Zorzi tərəfindən təqdim olunacaq. Konsertin bədii rəhbəri məşhur italyalı bəstəkar Stefano Muskaritolo olacaq.

Mənbə report.az


Digər xəbərlər


Bakı yenə bayram abu-havasına bürünəcək - Atəşfəşanlıq və konsert olacaq

Konsertdə Azərbaycanın populyar qrupları çıxış edəcək Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əl...

Nəsimi Festivalı Avropa Festivallar Assosiasiyasına üzv olub

Nəsimi — şeir, incəsənət və mənəviyyat Festivalı Avropa Festivallar Assosiasiyasına üzv olub. Bu, Azərbaycandan Avropa Festivallar Assosiasiyas...

Hacı Zeynalabdin Tağıyevin heykəli burada ucaldılacaq

Müsabiqədə landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşlar iştirak edə bilərlər Mədəniyyət Nazi...

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi insanların narahatlığını əsassız adlandırdı

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sosial şəbəkələrdə yer alan iddialara münasibət bildirib İdarədən bildirilib ki, sosial şəbəkələ...