03.04.2019

Azərbaycanda ilk! Pulsuz marşrut xidmətə buraxılır

Sumqayıt şəhərində fəaliyyət göstərən 55 nömrəli marşrut xəttinin bağlanması sərnişinlərin narazılığına səbəb olub

Sərnişinlər bu gün səhər saatlarında marşrutun son dayanacağında toplaşaraq «Sumqayıt Nəqliyyat» MMC-nin direktoru Xannı Rüstəmova öz etirazlarını bildiriblər. Sakinlər xəttin fəaliyyətini dayandırılmasından əziyyət çəkdiklərini və bunun əlavə problemə yol açdığını qeyd ediblər.

Qeyd edək ki, sözügedən marşrut xətti şəhərin mərkəzi bazarından «Naxalstroy» deyilən yaşayış massivi istiqamətində fəaliyyət göstərib. Artıq həmin ərazidə yaşayan sakinlərin problemi qismən həllini tapıb.

Belə ki, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov ONA-ya açıqlamasında bildirib ki, 5 nömrəli marşrut xətti uzadılıb və bununla yanaşı, sakinlərin yaxın marşrut xəttinə çıxarılması üçün müvafiq tədbirlər atılıb: 

«Bunun üçün həmin ərazidən yaxın marşrut xəttinə 3 ədəd avtobus işləyəcək. Bu avtobusların xidmətindən sakinlər pulsuz istifadə edəcəklər. Həmin sürücülərin əməkhaqları isə idarə tərəfindən ödəniləcək».

Mənbə ann.az


Digər xəbərlər


Türkiyənin məşhur iş adamı Azərbaycanda böyük işlər görməyə qərar verib

“Biz qardaşıq, soyumuz birdir, eyni dildə danışırıq, eyni mətbəxə və mədəniyyətə sahibik” bunu Türkiyədə fəaliyyət göstərən “Nacsoft Yazılım” şirkəti...

Azərbaycanda YENİLİK - Hər bir işsizin "şəxsi kabinet"i olacaq

Bu ilin sonundan başlayaraq işsiz vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı vakansiya bazasından özləri üçün münasib işi s...

Apple-dan 3 arxa kameralı iPad Pro planşet modeli - FOTO

İnternetdə iPhone 11 Pro-dakı kimi 3 arxa kamera moduluna sahib yeni iPad Pro modelinin fotosu ortaya çıxıb. Sonny Dickson adlı insayder sözügedən p...

Azərbaycanda yeni üsulla kişmiş istehsal olunacaq

Kənd Təsərrüfatı naziri İnam Kərimov “Samux rayonunda meyvə qurusu istehsalı” müəssisəsinə baş çəkib. Bildirilib ki, bu layihənin yekun məhsulu ol...