15.04.2019

Azərbaycanda növbəti yenilik — Nəqliyyat qovşağı istifadəyə verildi

Ölkəmizə səfər edən turistlərin, eləcə də regionlardan paytaxta gələn vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaq məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində nəqliyyat qovşağı istifadəyə verilib.

BBAK-dan bildirilib ki, nəqliyyat qovşağı 50 min kvadratmetr ərazini əhatə edir. 8500 kvadratmetr ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılaraq 2000-dən çox ağac əkilib. Ərazidə 93 nömrədən ibarət beşmərtəbəli «Baku Crossway Hotel»i və yenidən təmir olunaraq istifadəyə verilən ikimərtəbəli hostel fəaliyyət göstərir. Qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədi ilə vahid məkanda yerləşdirilib.

Kompleksdə dispetçer və bilet satış məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən ictimai-iaşə obyektləri, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni «Şəbəkə» xidmət mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, nəqliyyat və piyada axınları, avtonəqliyyat vasitələrinin giriş-çıxış yerləri bir-birindən ayrılıb. Artıq Sumqayıt avtostansiyası da qovşaq ərazisində fəaliyyət göstərir.

Nəqliyyat qovşağında Almaniyanın «SAP» şirkəti ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində «SAP» texnologiyalarının əsasında yaradılmış unikal sistem nəqliyyat vasitələrinin texniki statusunu, sürücülərin sağlamlıq vəziyyətini, həmçinin şəhərlərarası və beynəlxalq avtobusların salonundakı vəziyyəti müəyyən etməyə imkan verir. Sistem mərkəzdən idarə olunur və hər hansı nasazlıq baş verdikdə dispetçer tərəfindən dərhal reaksiya verilir. «Cisco» şirkəti ilə reallaşdırılan «Ağıllı şəhər» pilot layihəsi isə yaxın gələcəkdə yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin daha da artırılması, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün imkan yaradacaq.

Sərnişinlər biletləri BBAK-ın, «Silkway» turizm şirkətinin kassalarından və onlayn bilet satışı sistemi vasitəsilə «www.avtovagzal.az» saytından əldə edə bilərlər.

Bu istiqamətdə görülən işlərdən biri kimi, müasir bilet kassaları formalaşdırılıb. Kassaların üzərində istiqaməti, istiqamət üzrə biletin qiyməti, perron, avtobusun dövlət qeydiyyat nişanı, avtobusun tutumu və mövcud olan boş yerlər haqda məlumatları əks etdirən monitorlar quraşdırılıb.

Mənbə azertag.az


Digər xəbərlər


Paytaxtda bəzi otellər satışı dayandırdı

Bakının mərkəzindəki bəzi beşulduzlu hotellər iyulun sonu-avqustun əvvəli üçün olan dövr üzrə otaq nömrələrinin satışını dayandırıb. Azərbaycan Tu...

"Mazda" avtomobillərnii geri çağırdı

«Mazda Motor» şirkəti Rusiyada 900-dən çox avtomobili geri çağırıb. Qərar mühərrikin buraxılış klapanında qeydə alınan qüsurlarla əlaqəd...

Vergilər Nazirliyi ticarət və iaşə obyektlərinə nəzarəti gücləndirdi - Kassa çekləri ilə bağlı

Azərbaycan Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı v...

Nazirlikdən arıçılara DƏSTƏK

Respublika Komissiyasının 2019-cu ildə veriləcək subsidiya üzrə iclası keçirilib Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hü...