08.04.2019

Azərbaycandan Ermənistana lazımi cavab: Ordumuz sülhə yox, müharibəyə hazırdır

Müdafiə Nazirliyi: Ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir

«Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır».

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi-siyasi rəhbərliyinin ordunu sülhə hazırlamaqla bağlı dediyi fikri şərh edərkən deyib.

«Ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir. Ali Baş Komandanımızın bəyan etdiyi kimi Ermənistan sülh istəyirsə, erməni əsgəri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır» — o bildirib.

Dərgahlının sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi birdəfəlik anlamalıdır ki, yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra Ordumuz sülh haqqında düşünə bilər: «İndiki şəraitdə isə Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır».

Xatırladaq ki, Tonoyan ölkəsinin müharibə istəmədiyini açıqlayıb: «Biz müharibə arzulamırıq, Azərbaycan rəhbərliyi isə öz ordusunu sülhə hazırlamalıdır».

Mənbə sputnik.az


Digər xəbərlər


Netanyahu İrana qarşı daha sərt sanksiyalar istədi

İsrailin baş naziri Benyamin Netanyahu Amerika prezidenti Donald Trampın İrana qarşı yeni kəskin sanksiyaların qəbul ediləcəyilə bağlı səsləndirdiyi ...

Putin Paşinyanın ikitərəfli görüş təklifini rədd etdi

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edib. «168 JAM» qəzetinə istin...

İranla bağlı son 48 saat! ABŞ yeni qərar verəcək

ABŞ İrana qarşı yeni sanksiyalarını 48 saat ərzində elan edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Biz İrana qarşı hansısa sanksiyalar t...

Ermənistanda bərqərar olan Nikol Paşinyan hökuməti dağılır

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib. O xatırladıb ki, bu həftə Ermənista...