17.04.2019

Azərbaycanlımız Ülvi Əzizov Latviyanın Milli Opera səhnəsində çıxış edib

Aprelin 15-də Riqa şəhərində yerləşən Latviyanın Milli Operasında “Etol Qala Balet” konsertində klassik balet inciləri eləcə də, müasir xoreoqrafiyanın nümunələri dünyanın məşhur baletmeysterləri tərəfindən ifa olunub.

Paris Operası, Danimarkanın Kral Baleti, Belçikanın Kral Baleti və Praqanın Milli Baletindən olan dünyanın istedadlı balet ulduzları ilə yanaşı ifa edən həmyerlimiz Ülvi Əzizov tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanıb.

“Worldstars” şirkəti tərəfindən reallaşdırılan “Etoile Ballet Gala” layihəsinin ideya müəllifi və bədii rəhbəri Olqa Əzizovadır. Hazırda “Etoile Ballet Gala” layihəsi Latviya, İsveç və Norveçdə təşkil olunur.

Qala-konsertdə “Şelkunçik”, “Jizel”, “Esmeralda”, “Yatmış Gözəl”, “Bayadera” və digər baletlərdən səhnələr təqdim olunub.

Həmyerlimiz Ülvi Əzizov “Balet incəsənətinin inkişafına töhfə və yüksək peşəkar ustalığa görə” Rudolf Nuriyev adına 16-cı Beynəlxalq balet festivalı mükafatının, həmçinin Budapeştdə dünya baleti ulduzlarının 18-ci beynəlxalq qala-konsertinin xüsusi mükafatının sahibidir. Onun Paris, Nitsa, Marsel, Budapeşt, Oslo və digər şəhərlərdə çıxışları tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Ülvi Əzizov Avropanın ən nüfuzlu səhnələrində təmsil edən Azərbaycan baletinin parlaq nümayəndəsidir.

Mənbə azertag.az


Digər xəbərlər


Leyla Əliyeva “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatında iştirak edib (FOTO)

Mayın 23-də Nizami Kino Mərkəzində “Azanfilm” studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirilib. Tədbirdə Hey...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub - VİDEO

«Gənclik Mall» ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ...

Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin əsərləri nümayiş olunub

Mayın 22-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılıb Moskva Müa...

Əfsanəvi ingilis personajları mayın 29-dək Bakıda musiqili yürüş edəcəklər - FOTO

Mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin «Çelsi» və «Arsenal»komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının oyu...