15.04.2019

Bəzi yanacaq markaları gömrük rüsumundan azad edilib

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-inədək qüvvədədir

Azərbaycanda bəzi yanacaq markaları gömrük rüsumundan azad edilib. 

Bu barədə baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərar Nazirlər Kabinetinin (NK) 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»ndə dəyişikliklər edilməsi barədə Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, «Azərbaycan Hava Yolları» QSC-nin, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Energetika Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən verilib.

Dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin gömrük rüsumundan azad edilib. Hazırda bu markalara 15%-lik gömrük rüsumu tətbiq edilir.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Digər bir qərarla isə Nazirlər Kabineti «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri»ndə dəyişikliklər edib.

Belə ki, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, həmçinin KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinin 1 tonu üçün aksiz dərəcəsi 1 manat müəyyənləşib.

Bu qərar da dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Mənbə sputnik.az


Digər xəbərlər


Şri-Lankada 3 partlayış baş verib

Budəfəki partlayışlar ölkənin şərqində yerləşən Kalmunay şəhərində antiterror əməliyyatları zamanı baş verib. Hadisənin təfərrüatları hələlik bilinmi...

Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə görüşüb - Yenilənəcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhərə gəlib.  Məlumata görə birinci xanım Kiçik Qala küçəsində yerləşən...

Böyük çayxanaya çevrilən Bakı!

Bir zamanlar qarşısında bilet almaq üçün növbə olardı. Bakının Əhmədli qəsəbəsi, Sixlinski küçəsi 3 ünvanında yerləşən «Bakı” kinoteatrı hazı...

“Formula1”də qəza baş verib - Rassellin bolidi lyuka düşüb - Foto

Bakıda keçirilən “Formula 1” sərbəst yürüşündə maraqlı hadisə baş verib. Yolda olan lyuk açılıb. Bu zaman Böyük Britaniyanın “Williams” komandası...